Tofiq Heydərovdan "AAAF park" sakinlərinə böyük jest – Borclar silindi, işə qəbul başladı

Tofiq Heydərovdan "AAAF park" sakinlərinə böyük jest –

"AAAF park"ın təsisçisi Tofiq Heydərov son günlər mediada şəhərciklə bağlı yayılan xəbərlərdən sonra yeni qərar qəbul edib. O özünün facebook səhifəsində belə bir qərar qəbul etməsini səbəblərini izah edib:

"Bir neçə gün öncə mətbuatda işıq pulu ödəyə bilməyən anamızın intihar etməsi məndə böyük məyusluq yaratdı. Əgər hansısa bir kənddə və şəhərdə bir adam acından və ya fərqi yoxdu ışıq pulunu verə bilmədiyinə görə dünyasını dəyişirsə, bu hadisədə qonşuları və şəhər sakinlərinin hamısı qatil sayılmalıdır. Dünyada və respublikamızda yaranan müvəqqəti çətinlikləri nəzərə alaraq, şirkətimiz hər il bu məsələlərlə əlaqəli olaraq milyonlarla vəsaitlər ayıraraq, sakinlərimizin şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Çünki sakinlərimizin çoxu kredit borcu ödəməklə yanaşı kommunal borcları ödəməyə həqiqi mənada çətinlik çəkirlər. Əslində, yanvar ayından yeni bir qurum təsis edilməklə parkda bütün idarəçilik sakinlərimizə və Zirvə idman klubuna veriləcəkdi. Mənzil və obyektlərin çıxarışlarının azca yubanması buna hüquqi cəhətdən mane oldu. Amma yenə də sakinlərimiz arasında axtarışdayam və buradan sakinlərimizə müraciət edirəm ki, hansı sahədə və işlərdə bizlərə köməklik göstərə bilərlərsə, mənə ərizə şəklində müraciət etsinlər. Bütün bu olan hadisələri nəzərə alaraq bu il sakinlərimizə ediləcək köməkliyi vətəndaşlıq borcu bilərək sizlərin nəzərinə çatdırıram. Hər bir sahibkara çətin vəziyyətdə olan müştərilərimizə və ya vətəndaşlarımıza köməklik etmələrini xahiş edirəm. Belə addımlar onların şirkətlərinin və respublikamızın inkişafına böyük təkan verə bilir.

T. Heydərovun AAAF park yaşayış kompleksində sakinlərin şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarını təqdim edir:
1. 2017-ci il dekabr ayının 31-dək sakinlərin şirkətə olan bütün kommunal borcu və istiliyə görə olan borcları ləğv edilsin.
2. 2018-ci il dekabr ayının 31-nədək AAAF park sakinləri kommunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.
3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin.
4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.
5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.
6. AAAF park yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
ödəmələrdə əlavə olaraq endirimlər edilsin.
7. Işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.
8. AAAF park ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkətlərimizə işə götürülməsinə şərait yaradılsın.
9. Ayda ən azı bir dəfə olmaqla AAAF park konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...