7 ay başçısız qalan Yasamal kimə həvalə olundu? - ARAYIŞ
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün 7 aydır, rəhbərsiz qalmış Yasamal rayonuna icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının müvafiq sərəncamları ilə, Əziz İmran oğlu Əzizov Cəlilabad rayonunun icra başçısı vəzifəsindən azad edilib və Yasamal rayonuna başçı təyin edilib.
Yasamal kimi böyük bir rayona başçı vəzifəsinə layiq görülmüş Əziz Əzizovun dosyesini təqdim edirik:
Ə. Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.
Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
596 dəfə oxundu