Fuad Muradov uğurlu kadr deyilmiş... - "O, hazırda aktiv pioner kimidir"

Fuad Muradov uğurlu kadr deyilmiş... -

"Əslində Nazim İbrahimov güclü fiqur idi, sadəcə olaraq, Azərbaycan dövlətinin səif olduğu ünvanlarda onun da fərsiz görünməsi Nazim İbarhimovun "vurulmasına" gətirib çıxardı. Məsələn, Nazim İbarhimov neynəməli idi ki, Rusiyada Kreml azərbaycanlıların bütün disapora təşilatlarına nəzarət edirdi. Bu, rəsmən imkansız idi ki, Azərbaycan dövləri ordakı disaporaların ağzını bir yerə yığsın. Bunu Nazim İbrahimovun da bacarmaması təbii qarşılanmalı idi". Bu sözləri DİA.AZ-a Rusiyadakı diaspora təşkilatlarımızdan birininn rəhbəri deyir.

O, adının çəkilməsini arzulamır. Özünün dili ilə desək, "mənasız konfliktlərə baş qoşaq istəmir". Amma bildirir ki, bu gün Fuad Muradov kimi birisinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyin olunması heç də problemlərin həlli demək deyil.

Həmsöhbətimi dia.az-a bildirir: "Fuad Muradov bəlkə də ən uğursuz kadrdır. Bir-iki nəfəri qicaqlaşıdırıb öpüşdürməklə deyil, ortaya işqoyma lazımdır. Bu gün Rusiyada az qala bütün diaspora təşkilatlarıçız Kremlin diqtəsi ilə hərəkət edir. Buna çarə qılmaq lazımdır".

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda aktiv kimi görünən Fuad Muradov bir azdan problemlərn içində qeybə çəkiləcək: "O, hazırda aktiv pioner kimidir. Hara desən, gedir, hara desən qaçır... Bir azdan isə barıtı qurtaracaq. Şünki əsl problemləri görəvək. Onda ayılacaq ki, axı bütün bunlar onun gücü imkanında deyil.."

Dia.az bildirir ki, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyin olunandan sonra barəzində ən çox narazılıqlar ifadə olunanlardan biridir...

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...