Əziz Əzizovun müavini Yasamaldakı məmurlardan qoyun istədi FOTOFAKT

Əziz Əzizovun müavini Yasamaldakı məmurlardan qoyun istədi

Yerli icra orqanlarının tabeçiliyindəki idarə-müəssisə rəhbərlərindən, iş adamlarından qanusuz ödəmələr tələb etməsi günümüzün acı reallığına çevrilib. Bununla bağlı bu günə qədər çoxsaylı faktlar var və onların bəziləri tərəfimizdən ictimailəşdirilib. Anoloji hallla bağlı Savash.org yeni fakt əldə edib.

Belə ki, Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyevin rəsmi blankda idarə və müəssisələrə ünvanladığı sərəncamın fotosu yayılıb. Həmin sənəddə bildirilir ki, qarşıdan gələn Qurban bayramı münasibətilə əlil, tənha və aztəminatlı ailələrə paylanmaq məqsədilə çəkisi 15 kq-dan az olmayan 1 ədəd qurbanlıq sənəddə göstərilən ünvana çatdırılmalıdır.
Əziz Əzizovun müavini Yasamaldakı məmurlardan qoyun istədi

Gundeminfo.az savaş.org-a istinadən əlavə şərhə ehtiyac duymadan sənədin fotosunu oxuculara təqdim edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...