Sənəddə təmir olunan uşaq bağçası, mənimsənilən 40 min manat və “Veteks” MMC... - İTTİHAM

Sənəddə təmir olunan uşaq bağçası, mənimsənilən 40 min manat və “Veteks” MMC... -

İcra baçısının Beyləqandakı 1 saylı uşaq baxçasının təmiri üçün ayırdığı 40 min manatı başçı, baçının köməkçisi və Beyləqan şəhər icra nümayəndəsi əlbir olub mənimsəyiblər

Son illər Azərbaycanda aparılan uğurlu iqtisadi inkişafın əyanı göstəricisi olaraq ölkənin hər bir yerində abadlıq-quruculuq, tikinti işləri aparılmaqdadır. Prezident İlham Əliyev ölkədə aparılan abadlıq-quruculuq işlərinə görə müntəzəm olaraq sərəncamlar imzalaması, bu sahənin ölkə rəhbərliyinin xüsusi diqqətində olmasından xəbər verir.

Ancaq təəssüflər olsun ki, bəzi hallarda yerli icra orqanları, tenderlərdə iştirak edən sifarişçilər və icraçılar öz maddi maraqları naminə qanunsuzluqlara yol verir, bəzən isə rəsmi sənədlərdə, müqavilələrdə göstərilən iş öhdəlikləri formal olaraq yerinə yetirilir.

MilliYol-un əldə etdiyi məlumata görə, Beyləqan rayonunda İcra Hakimiyyətinin xətti ilə təmir-tikinti işləri ilə məşğul olan “Veteks” şirkətinin rəhbərliyi rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə və şəhər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bakir Balakişiyevlə “işbirliyinə” gedərək rayonda fəaliyyət göstərən 1 saylı bağçanın təmiri adı altında külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.

Beyləqandan məlumatlı şəxsin verdiyi məlumata görə 1 saylı bağçanın əsaslı təmiri adı ilə sənədləşməyə “Veteks” şirkətinin rəhbərliyi 2500 manat xərc çəkib. Belə ki, iddiaya görə, 1 saylı bağçanın müdirəsi Zöhrə Balakişiyeva işin qəbulu aktını imzalayıb və buna görə şirkət rəhbərliyi tərəfindən 2500 manatla “mükafatlandırılıb”. Bağçada isə heç bir təmi işi aparılmayıb.

Əldə etdiyimiz məlumata görə “Veteks” şirkətinə 1 saylı bağçanın əsaslı təmiri üçün Beyləqan rayon İcra Hakimiyyətinin büdcəsindən 40 min manata yaxın vəsaitin köçürülüb və həmin vəsait faktiki olaraq mənimsənilib. Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə “Veteks” MMC-nin əsil sahibi və Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin köməkçisi Vüqar Aslanovdur.

Maraqlıdır ki, sözdə təmir edilən 1 saylı bağçanın müdirəsi Zöhrə Balakişiyeva isə Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bakir Balakişiyevin həyat yoldaşıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...