Muxtar Babayevin adamları şəhid qızının ailəsinə zülm edir - Qubadan şikayət var
"Mən Kəlbəcər şəhidi Vilayət Rüstəmovun qızıyam. Həyat yoldaşım 1-ci qrup Qarabağ müharibəsi əlili Əzim Məhəmmədi ürək tutmasından vəfat edib. Üç azyaşlı uşağımı güclə dolandırıam. 23 avqust 2018-ci il tarixdə Quba rayonundan kömür alıb aparan zaman Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 4 nəfər əməkdaşı bizi saxlatdırıb hər kömür kisəsinə görə bizdən 1 manat pul istədilər" - GUNDEMİNFO.AZ xəbər verir ki, bu müraciəti Hebibe Teymurova öz adından hazırlayaraq mətbuat vasitəsilə nazir Muxtar Babayevə ünvanlayıb.
H.Teymurova daha sonra yazır ki, nazirliyin işçilərin bu kömürü oğurlamamışam qanunu qaydada Quba bazarından alıb evinə aparıram ki, hər kisənin üstünə 1 manat qoyub satıb çörək pulu edim. Şikayətçi iddia edir ki, ekoloq müfəttişlər biləndə ki, onlara istədikləri pulu verməyəcək deyiblər ki, bu qanunsuzluqdur kömürlər müsadirə olunacaq. "Mən etiraz etdim ki, gözününüzün qarşısında Quba bazarında 30-40 yerdə tonlarla kömür satılır bəs nə üçün buna icazə verilir.Onlar mənə bildirdilər ki, hər kisəyə görə 1 manat verməlisən.Mən şəhid qızı olmağımı, Qarabağ müharibəsi əlilinin yetimlərinə baxdığımı bildirdim. Ancaq heç bir mənası olmadı. 230 kisə kömrümü əlimdən aldılar. Mən onları getməyə qoymadıqda üstümə maşın sürüb məni vurub xəsarət yetirdilər. Sonradan mənə orada olan kənd sakinləri dedilər ki, özlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları kimi təqdim edən həmin 4 nəfər şəxslər spirtli içki qəbul ediblər sərxoşdular. Mən onların idarə etdikləri hər iki avtomobilin nömrəsini yazmışam.Bu cinayət əməlidir. quldurluqdur ki, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Quba rayonunda olan həmin 4 əməkdaşı törədiblər" deyə H. Teymurova müraciətində bildirir.
Gundeminfo.az-a göndərdiyi məktibunda H.Teymurova nazirə müraciət yollayıb.
- Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvətlər Nazirl cənab Muxtar Babayevə müraciət edib xahiş edirəm Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Quba rayonunda olan həmin 4 əməkdaşının qanunsuz əməllərini araşdırıb barələrində ciddi tədbirlər görülsün.
Onu da qeyd edək ki, Həbibə Teymurovanın əlaqə nömrələri redaksiyamızda var. Əgər nazirlik şəhid qızı və Qarabağ qazısının həyat yoldaşının fəryadını dinləmək istəyərsə, məmnuniyyətlə onu təqdim edə bilərik.
583 dəfə oxundu