Mikayıl Cabbarov yoxlamalara başlayır - Oqtay Şirəliyev isə narahatdır

Mikayıl Cabbarov yoxlamalara başlayır -

Qarşıdakı aylarda Vergilər Nazirliyi bir neçə özəl klinikada əsaslı vergi yoxlamaları aparacaq.
Faktinfo.az -ın əldə etdiyi məlumata görə, artıq aparılacaq yoxlamaya dair iş planı da mövcuddur. Səbəb kimi özəl klinikaların müxtəlif bəhanələrlə vergidən yayınmalarıdır. Ölkə əhalisinin pulunu xərclədiyi əsas istiqamət ərzaq məhsulları, ikinci yerdə isə səhiyyə sistemi dayanır. Sağlamlıq məqsədi ilə evini, maşınını satan şəxslər minlərlədir. Lakin, buna baxmayaraq, özəl klinikaların vergi tutumu hələ də qənaətbəxş hesab edilmir.

Özəl klinikalar yüngül bir tibbi əməliyyata görə xəstədən 3000-5000 manat alır. Pasiyentə ödədiyi vəsaitə dair isə 1200-1500 manatlıq qəbz verirlər. Yerdə qalan vəsaitin qəbzdə əks olunmaması isə onunla izah olunur ki, həmin pul əməliyyat zamanı istifadə olunacaq tibbi preparatlara xərclənib,bu səbəbdən də qəbzdə qeyd edilmir. Xəstə isə bir neçə səbəbdən buna əhəmiyyət vermir,sonrakı baş verə biləcək proseslərdə ödədiyi vəsaitin nə qədər əhəmiyyət daşıdığını anlamır, məsələnin üstündən sükutla ötür.

Bu isə konkret olaraq, dövriyyəni gizlətmək, klinikanı gəlir vergisindən yayındırmaq deməkdir ki, ölkədə fəaliyyətdə olan 90 % özəl klinika bu “üsulu” tətbiq edir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...