Muxtar Babayevin bundan xəbəri olmaya bilər - Bakıya yağan yağış haqqında arayış 36 azn-ə satılır?

Muxtar Babayevin bundan xəbəri olmaya bilər -

"Dünən Bakıda yağan yağış nəticəsində xeyli insanın daşınar və daşınmaz əmlakına ziyan dəyib. Ziyan dəyən vətəndaşlar sığorta sahibirdirlərsə, sığortalarını ala biləcəklərmi? Sığorta müqavilələrində "fövqəladə vəziyyət", "təbii fəlakət" bəndləri var. Amma dünənki hadisə status olaraq "təbii fəlakət" kimi rəsmən tanındımı? Tanınmadı. Bakı şəhər İcra Hakimiyyəti bir açıqlama yayıb. "40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olmuşdur. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır". "Bu bir növ təbii fəlakət sayılır" - amma rəsmən təbii fəlakət deyil. İndi sığortası olanlarla sığorta şirkətləri arasında çəkişmələr başlayacaq. Həm də situatsiya "fors-major"durdurmu? Deyil, çünki rəsmi olaraq elan edilməyib..." - Gundeminfo.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı ekspert Razi Abasbəyli verib.

Saytımızın əməkdaşlarının apardıqları araşdırma zamanı bəlli olub ki, əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Bürosu hər hansı bir təbii fəlakət zamani Hidrometeologiya idarəsi arayiş verməlidi və hər örən gün ücün 36 azn tələb olunur. Bunu da Ekologiya nazirliyi daxili qərarla tənzimləyir.

Deməli sentyabrın 23-də evinə və nəqliyyat vasitəsinə ziyan dəyən vətəndaş sığorta almaq üçün sığorta şirkətindən öncə ETSN-nin müvafiq idarəsinə müraciət etməlidir və arayış almalıdır. Arayış isə hər keçən günə görə 36 manat bahalaşır. Təbii fəlakət olub-olmaması barədə isə arayışı təqdim edən qurum əslində dövlət büdcəsindən maliyyələşən bir nazirliyin bürosudur. Vətəndaşlar arasında da məhz bu məqama görə narazılıq var ki, büdcə vəsiti hesabına avadanlıqlar, maddi-texniki təchizahatla təmin olunun bir qurum hava haqqında arayışı niyə pulla satır.
Muxtar Babayevin bundan xəbəri olmaya bilər -

Hələ bu azmış kimi, ETSN-nin müvafiq bürosu ilə sığorta şirkəti arasında bir müqavilə də olmalıdır ki, o sığorta şirkəti ETSN-nin arayışını qəbul etsin və ya birinci olan dövlət qurumu vətəndaşa arayış versin.

Hər halda bir nazirliyin vətəndaşa arayışı pulla satması daxili nizamnamə ilə necə tənzimlənir bəlli deyil. Görünür yeni nazir təyin olunan Muxtar Babayev bu faktla nazir kimi təcrübəsində ilk dəfə rastlaşır və güman edirik ki, nazirlik bu məqama aydınlıq gətirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...