Bakı Tekstil Fabrikindən dövlətimizin adına hörmətsizlik - FOTOFAKT

Bakı Tekstil Fabrikindən dövlətimizin adına hörmətsizlik -

Bakı Tekstil Fabrikinin istehsal etdiyi məhsullar üzərində olan etiketlərdə Azərbaycan dövləti adına böyük sayqısdızlığa yol verilib. Gundeminfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda istehsal edilən paltarların üzərində Made in Azərbaycan sözündə dövlətimizin adı kiçik hərflə yazılıb.

İstehsal edilən məhsulların üzərində Azərbaycan istehsalı olduğunu bildirən "Made in Azərbaycan" brendinin əlavə edilməsi yaxşı hal olsa da, əslində etiket üzərində istifadə, yuma qaydalarına dair xüsusi işarələrdə də ciddi yanlışlıqlara yol verilir. Əllə yuyulma qadağan edilsə də avtomat vasitələrdə, neçə dərəcə selsi tempraturda yuyulması da göstərilməyib.
Bakı Tekstil Fabrikindən dövlətimizin adına hörmətsizlik -

Gundeminfo.az xəbər verir ki, BTF-in paltarlar üzərinə vurduğu etiketlərdə ümumiyyətlə heç bir standart gözlənilməyib.
Bu həm də dövlət başçısının "Made in Azərbaycan" etiketinin dünyada tanıdılması, ixracatın stimullaşdırılmasına dair verdiyi tapşırıqlara da yumşaq ifadə etsək sayqısızlıqdır. Etiket üzərində yarı Azərbaycan, yarı ingilis dilində anlaşılmazlıqlar yer alıb. Mövzu ilə bağlı fabrikin rəsmi mövqeyini öyrənmək mümrün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...