Səfər Mehdiyev xəyanəti bağışlamır - rüşvəti bağışlayar, ona itaət etsələr

Səfər Mehdiyev xəyanəti bağışlamır -

Son zamanlar Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrükdə qayda-qanun yaratmaq əvəzinə daha çox piar işləri məşğul olur. Gözdən pərdə asmaq məqsədi ilə kimlərisə rüşvət aldığına görə həbs etdirən sədr belə bir aura yaratmağa çalışır ki, güya o, şəffaf işləməyə şalışır. Amma gömrük-keçid məntəqələrindən gələn məlumatlar tamamilə bunun əksini göstərməkdədir.

Bundan əvvəldə Bakı Baş Gömrük İdarəsində və digər gömrük keçid məntəqələrində baş alıb gedən qanunsuzluqlarla və şikayətlərlə bağlı məlumat vermişdik. Lakin Gömrük Komitəsi həmin şikayətlər və qanunsuzluqlarla bağlı ağzına su almağı lazım bilir. Görünür ki, Səfər Mehdiyev “Marsdan” gətirdiyi öz kadrlarının qanunsuzluqlarını görə bilmir... Bunu da təbii qəbul etmək olar. Çünki Səfər Mehdiyev özü də kadrları kimi, apardığı piar kampaniyasında “Marsdan gəldiyini” iddia edir... Yəni Komitə sədrinin don mətbuat konfrasından da bu belə görünür..

Marsı qoyaq bir yana və Yerə enək. Son olaraq Səfər Mendiyevin gömrük keçid məntəqələrindəki qanunsuzluqlar barədə tanınmış jurnalist Aygün Muradxanlı özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsindən “post” paylaşıb. Tanınmış xanım jurnalistin ittihammlarını olduğu kimi Dövlət Gömrük Komitəsinin rəhbərliyinin diqqətinə cəlb edirik:

“Önəmli duyuru. “Sınıq körpü” sərhədini avtomobillə keçmək istəyirsinizsə, məntəqəyə çatana qədər şoferlə nikaha daxil olmalısınız. Əks halda sərhədçilər sizə deyəcək ki, düşün, piyada keçin, maşında ancaq ailə üzvü gedə bilər. 3-cü şəxsin də taleyi acınacaqlıdır. O mütləq piyada keçməlidir sərhədi. Sürücü ancaq öz əhli-əyalına cavabdehdi. Ən önəmlisi - bu haqda heç bir normativ yoxdur. Şifahi göstəriş belədir... “Nəyə əsasən” soruşsaz, qan düşər. Gürcüstan tərəfdə sərhədçilərin heç vecinə deyil ki, siz avtomobilin sahibi ilə evlisiz, vətəndaş nikahındasız, sevgilisiz, qonşusuz, ya o, ilk dəfə 15 dəq qabaq gördüyünüz taksi şoferidi. Önəmli olan ancaq pasportunuz və simanızdır. Azərbaycanda beyin “düşünmə orqanı” funksiyasını tamamilə itirib”.

Səfər Mehdiyev xəyanəti bağışlamır -

Aygün xanımın paylaşdığı “post”a isə Flora Cəfərova adlı sosial şəbəkə istifadəçisi maraqlı şərh yazıb. Flora xanımın iddiasına görə gömrükdəki bir polkovnik onun həyat yoldaşından hətta 3 manat almağı belə özünün zabit ləyaqətinə sığışdırıb:

“Keçən il ailəliklə maşınla Gürcüstana keçirdik. Maşında,özümüzdə heç bir problem tapmadılar. Tam son qapıdan çıxarkən, paqonunda 3 ulduz olan qardaş (o ulduzlar ona haram olsun) gaça-qaça gəldi ki, bəs çıxırsız, bir hörmət etməyəcəksiz? Yoldaşım cibini çevirdi, “3 manatım var sadəcə”, dedi. “Canın sağolsun, qardaş, ver”. Mən utandım yerə girdim. 3 manata əl açdı . Pulu alandan sonra da, yoldaşıma göz vurub, “elə bilirsiz bilmirik, kömrüyə gələndə cibivizi boşaldıb arvada verirsiz”, dedi”.
Səfər Mehdiyev xəyanəti bağışlamır -

Bizzim tərəfimizdən və təbii ki, bu ittihamları səsləndirənlər tərəfindən deyiləcək bir sözü yoxdur. Çünki bundan sonra deyiləcək söz Səfər müəllimindir...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...