İcra başçılarının cərimələrini kim sildirir? İDDİA

İcra başçılarının cərimələrini kim sildirir?

Baş Dövlət Yol Polisi İdarəsində icra başçılarına yazılmış MMX-lar qeyri-qanuni yollalarla siilib. Bu barədə Qaynarinfo-ya məlumatlı mənbələrdən məlumat daxil olub. Mənbə iddia edir ki, əksər icra başçılarına və bəzi yüksək rütbəli məmurlara 2-3 ay əvvəl yazılmış MMX-lara xitam verilib. Mənbənin sözlərinə görə, icra başçıları müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götüzdürürlər. "Aylıq" verərək avtomobillərinin sistemə düşməsini əngəlləyirlər. Düşən kimi isə cəriməni ödəmədən, rüşvət qarşılığında MMX-lar sildirilir.

Bəs bu cərimələri kim və hansı əsasla silir? Mənbə bildirir ki, bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun nəzarəti altında baş verir. Qanunlarımız sıravi vətəndaşla məmurlar arasında heç bir fərq qoymasa da, Ramiz Zeynalov bu üstünlüyü onlar üçün yaradıb və məmurlar istədikləri vaxt cərimələrini sildirə, bununla da dövlətin büdcəsinə ziyan vura bilirlər.

Qeyd edək ki, hələ bir neçə il əvvəl prezident İlham Əliyev bu məsələyə toxunaraq avtomobillərinə yazılmış cərimələri ödəməyən məmurlara xəbərdarlıq etmişdi. məhz dövlət başçısının bu xəbərdarlığından sonra məmurlar tərəfindən külli miqdarda cərimə ödənilmişdi. Onların arasında hətta nazirlərin belə olduğu bildirilir. Görünür yenidən prezidentin bu məsələyə müdaxilə etməsi vacibdir.

Bu gün Gundeminfo.az-a Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev tərəfindən açıqlama daxil olub. Açıqlamada yazılanların həqiqətə uyğun olmadığı qeyd edilir. R.Quliyevin açıqlamasını olduğu kimi təqdim edirik:

- Bəzi internet saytlarında dərc edilmiş “Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçılarının cərimələrini necə sildirir?” sərlövhəli məqalələrdə guya “icra başçılarının müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götürtmələri, istifadələrində olan avtomobillərinin sistemə düşməsini əngəlləmələri, protokol tərtib edildiyi hallarda isə cəriməni ödəmədən, rüşvət qarşılığında protokolları sistemdən sildirmələri” qeyd olunur.
DYP-nin fəaliyyətdən xəbərsiz , uydurma təxayüllü, heç bir əsası olmayan və gülüş doğuran “faktlara” əsaslanan belə məqalə müəlliflərinin nəzərinə çatdırmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının mərkəzi informasiya sisteminin fəaliyyətinə müdaxilə etmək, sistemdən hər hansı məlumatı silmək və ya hər hansı bir nəqliyyat vasitəsinin sürücüsunə “xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur. Sistemin proqram təminatı isə inzibati xəta haqqında işlər üzrə icraat aparmaq səlahiyyəti olmayan tamamilə kənar qurum tərəfindən həyata keçirilir. Odur ki, məqaləni dərc etməzdən əvvəl adi jurnalist araşdırması aparmaqla istinad edilən “mənbə”nin məlumatlarını dəqiqləşdirmək daha məqsədə müvafiq olardı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...