Alı Alıyev hansı əminliklə Beyləqanın icra başçısı olmağa hazırlaşır - hər kəsə bu haqda danışıb, çemodan əhvalındadır

Füzuli icra başçına yaxın məmurlar və köməkçiləri "şef"in yaxın günlərdə transfer olunacağını deyirlər. Prezident İlham Əliyev tərəfindən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı rayon əhalisi arasında ən çox müzakirə olunan məsələyə çevrilib.
Məlumat vermişdik ki, Vaqif Adullayevin işdən çıxarılmasından sonra beyləqanlılar bu dəfə yeni təyin olunacaq icra baçısının keçmiş sələflərindən fərqli olaraq müsbət xarakterli biri olacağı ümidindədirlər.
AzFakt.com-a daxil olan məlumatda bildirilirdi ki, Beyləqan rayonuna icra başçısı təyinatı ilə bağlı bir neçə şəxsin adı hallansa da real iki namizədin adı daha inandırıcıdır. Bu şəxslərdən Füzuli rayon icra başçısı işləyən Alı Alıyev, digər isə vaxtı ilə Ağsu və Siyəzən rayonlarında başçı vəzifəsini tutmuş, hazırda isə Prezident Adminstrasiyasının məsul işçisi Əflatun Rufiyevdi.
AzFakt.com ötən həftə məlumat vermişdi ki, Əflatun Rufiyevin Beyləqana icra başçısı təyin olunacağı məlumatlarıını rayon əhalisi arasında Füzuli icra başçısı Alı Alıyevin yaxın adamları yayırlar.
Füzuli icra başçısına yaxın olan adamların Əflatun Rufiyevin adını gündəmə gətirməklə hansı məqsəd güddükləri isə müəmmalıdır.
Ancaq Füzuli rayon İcra Hakimiyyətindən etibarlı mənbənin AzFakt.com-a verdiyi məlumata görə yaxın günlərdə Alı Alıyevin Beyləqana təyinat alacağı gözlənilir.
İnformasiya mənbəmiz qeyd edir ki, üç gün öncə Füzuli rayon İcra Hakimiyyətində 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclasından sonra Alı Alıyevə yaxın olan məmurlar və köməkçiləri dəhlizlərdə "şef"in yaxın günlərdə Beyləqana "transfer" olunacağını danışırdılar.
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.
549 dəfə oxundu