Əbülfəz Məlikovun ölkədən çıxışına qadağa qoyulub? Məşhur broker əmlakını sata bilmir

Əbülfəz Məlikovun ölkədən çıxışına qadağa qoyulub?

Azərbaycan gömrüyündə uzun illər broker kantorlarının sahibi olmuş, külli miqdarda vəsaiti şəxsi vəsitinə çevirə bilmiş Əbülfəz Məlikovla bağlı redaksiyamıza olduqca ilginc bilgilər daxil olub. Gundeminfo.az-a daxil olan məlumata əsasən "Broker Kralı" Əbülfəz Məlikovun ölkədən çıxışına qadağa qoyulub. Redaksiyamıza daxil olan məlumata əsasən Ə.Məlikov bu günlərdə Çin Xalq Respublikasına səfər etməyə hazırlaşırmış.

Hətta bir neçə nəfər biznes ortağı ilə bu ölkəyə səfər etmək üçün AZAL-dan biznes klass platformasından biletlər də sifairş edilibmiş. Lakin gundeminfoşaz-a bilgi verən mənbə iddia edir ki, Əbülfəz Məlikovun gömrükdə işləyən yaxın qohumlarından biri ona xaricə çıxışına stop qoyulduğu barədə məlumat verib. Bundan sonra isə Borker Kralı biletlərini geri qaytarmaq zorunda qalıb. Qeyd edək ki, Əbülfəz Məlikov bir qədər əvvəl Azərbaycandakı daşınar və daşınmaz əmlaklarını satışa çıxarmaq qərarına da gəlibmiş Lakin onun bu təşəbbüsü baş tutmayıb. Daxil olan informasiyalara əsasən son illərdə Dövlət Gömrük Komitəsindəki himayədarlarının vasitəsilə broker xidmətləri göstərən bir neçə iri kantorun, o cümlədən də Əbülfəz Məlikovun irili-xırdalı bütün kantorlarının fəaliyyəti araşdırılır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...