Əbülfəz Məlikov canını qurtarmaq üçün sərvətindən imtina edir? ilginc iddialar

Əbülfəz Məlikov canını qurtarmaq üçün sərvətindən imtina edir?

"TRANSBROKER” MMC rəhbəri Əbülfəz Məlikov "qara kağız” alacağını qabaqcadan bilirmiş…

Gömrüyün "qara kassası”nın sahibi əvvəlcədən təlimatlandırılıb. Qaynağımız iddia edir ki, Ə.Məlikova gömrük sistemində dəyişiklilər olacağı və MMC-nin əsas səlahiyyətlərinin azaldılacağı bildirilib. Ona deyilib ki, tələm-tələsik bütün səlahiyyətləri şəriklərindən birinin adına rəsmiləşdirsin.

Ə.Məlikov da ona qabaqcadan xəbərdarlıq edən mənbənin səhihliyinə və etibarlılığına güvəndiyi üçün bu addımı atıb. Və həqiqətən də yanılmayıb. Gömrüyün baş monopolisti vəziyyətdən yarı zərərlə çıxıb. Məlumata görə, TRANSBROKER” MMC rəhbəri kifayət qədər imtiyazlarını itirib. Hazırda gömrükdə idxal məhsullarının keçirilməsində qismən yüngülləşmə yarandığı deyilir. Verilən məlumata görə, Ə.Məlikovu bu işlərdən agah edən yüksək rütbəli məmur olub. Məmurun kimliyi də redaksiyamıza bəllidir. Gundeminfo.az-a daxil olan xəbərə əsasən elə Məlikov özü məclislərin birində bu məmurdan xeyli razılıq edərək - hər zaman onun "qulluğunda dayandığını" deyib. Mənbə iddia edir ki, Ə.Məlikovun etibarlı adamı onu gözləyən təhlükədən sovuşdurub.

Hətta gömrükdə bu dəyişikliklər olacağını və Məlikovun bu addımlar atacağına hazırlaşdığını Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin də xəbəri olmayıb. Onların ağlına gəlməyib ki, Məlikovun yüksək ranqlı məmur adamı var və ssenaridən xəbərdardır. Odur ki, gömrüyün inhisar üzrə ideoloqu əsas səlahiyyətləri şərikinin adına rəsmiləşdirərkən problemlə qarşılaşmayıb. Deyilənə görə, MMC tamamilə ləğv olunmaq üzrədir. Ölkədə postneft dövrünün başlanması hakimiyyəti bu addımları atmağa sövq edib.

Məlikov isə rüşvəti leqallaşdırıb və MMC vasitəsi ilə sahibkarların dərisinə saman təpib. İş adamlarının başına oyun açan və rüşvətsiz gömrükdən mal keçirə bilməyən sahibkarların şikayətlərini eşidən də olmurdu. MTN hadisələri və devalvasiya, ölkədəki iqtisadi vəziyyətin ağırlaşması Məlikov erasının sonunu gətirirən amil olub. Bu arada Məlikovla bağlı müxtəlif iddialar səsləndirilməkdədir. Gundeminfo.az-a daxil olan xəbərə əsasən Ə.Məlikov gömrük sistemindən kənarlaşdırılaraq Bakının əsas Meyvə Tərəvəz Bazasına rəhbər vəzifəyə qayıdıb. Xatırladaq ki, kənd təsərrüfatı sektorunun müdiri kimi bu ilin mayında "Tarla günləri” adlı tədbir düzənləyən Məlikov gömrük kimi nağd gəlirli bir məqamdan sonra aqrar sistemdə "bəsləsən atlas olar tut yarpağından” səbrini göstərə bilmədi. Məlikov artıq "qalstuklu fermer” rolundan bezib. Bundan başqa Məlikovun "aqrar evlər" layihəsi adı altında da böyük büdcə pullarına sahibləndiyi və bu pulların taleyi ilə bağlı yaxın zamanlarda sorğu sual ediləcəyi bildirilir. Məlumata əsasən Məlikov bu layihə çərçivəsində milyonlarla manat büdcə pulunu xırıd edə bilib. İndi isə hesab vermək zamanı çatıb. Bu barədə daha ətraflı yaxın günlərdə araşdırma yazımızı təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...