Asif Ağayev MKTB-nin əmək haqqı kartlarını ələ keçirib... - ilginc iddialar

Asif Ağayev MKTB-nin əmək haqqı kartlarını ələ keçirib... -

Beyləqanın "çiçəyi burnunda" icra başçısı rayonun Mənzil Kommunal Təəsrrüfat Birliyində "ölü can olaraq işləyən" 150-dən çox "işçinin" əmək haqqı kartını idarə müdirindən alıb

Beyləqandan DİA.AZ-a daxil olan məlumata görə icra baçısı Asif Ağayev son günlər atdığı bəzi maraqlı addımlarla rayon əhalisinin dilindən düşmür. Belə ki, Beyləqandan saytımıza verilən məlumatda vurğulanır ki, rayon icra başçısı Mənzil Kommunal Təəsrrüfat Birliyində işləyən 150-dən ox "işçi"nin əmək haqqı kartını alıb. Həmin şəxslər isə idarə müdirinin "ölü canlarına" yəni adı olub, özü olmayan "işçilərinə" aiddir.

Bildirək ki, 2015-ci ilə ölkədə manatın devalvasiyasından sonra ölkə rəhbəri İlham Əliyev ilə rayonlarda işsizliyin qarşısının alınması üçün Mənzil kommunal Təsərrüfat İdarələrinə və digər büdcə təşkilatlarına işçilərin götürülməsi tapşırığını verib. Hazırda rayonlarda ən çox işə götürülən idarə isə Mənzil Kommunal Təsərrfüfat Birlikləridir. Və bu işçilərin böyük əksəriyyəti "ölü candır". Yəni rəsmi olaraq işləsələr də onlar idarədə işə çıxmır. Maaşları isə bir qayda olaraq idarə müdirləri ilə icra başçısı bölüşür. Qeyd edeək ki, bu hal demək olar ölkənin bütün rayonlarında özünü göstərir. Yəni bu yolla ölkənin bütün rayonlarında statistikanı şişirdirlər. Bundan əsasən icra başçıları və idarə müdirləri yararlanırlar. Büdcəyə isə ziyan vurulur. Çünki həmin büdcə pulları işə ehtiyacı olan .əxslərin ailə büdcəsinə daxil olmur.

DİA.AZ-a daxil olna məlumatda qeyd edilir ki, Asif Ağayev xələfi Vaqif Abduallyevdən fərqli olaraq əmək haqqı kartlarının hamısını özünə götürüb. Bu isə ay ərzində 20-25 min manat miqdarında vəsait edir. Bu isə Mənzil kommunal Təsərrüfat İdarəsininmüdirinin xoşuna gəlməyib və müdir bu barədə hər yerdə danışmağa başlayıb. Bildirilir ki, bu barədə indi Beyləqanın bütün çayxanalarında danşırlar.

Bildirilir ki, Vaqif Abdullayevin dövründə əmək haqqı kartlarının 30-40 faizi Mənzil Kommunal Təsərrüfat Birliyinin müdirində olub. Ancaq Asif Ağayev rayonda abadlıq-quruculuq işlərinə görə bütün kartları özünə götürərək "xərcləri"nin çox olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...