Biləsuvarın yeni icra başçısı kim olacaq? - Namizəd uzaqda deyilmiş...

  Biləsuvarın yeni icra başçısı kim olacaq? -

Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev ciddi problemlərlə üz-üzə qalıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilirdi ki, davamlı olaraq Hesablama Palatasının və ayrı-ayrı maliyyə qurumlarının ittiham hədəfi olan Biləsuvar rayon icra hakimiyyəti 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatında da ciddi nöqsanları dolayı yolla etiraf edib: "Mahir Quliyevin ayağında 100 min manata yaxın pul var. Hətta bu pul büdcəyə geri qaytarılsa belə, onun gedişi qaçılmazdır. Artıq paytaxt yeni başçını Biləsuvara yollamağa tədarük görür".

Dia.az-a verilən son məlumatlardan isə aydın olur ki, yeyinti ittihamının hədəfində çətin günlərini yaşayan Mahir Quliyevin yerinə kimin təyin olunacağı da müəyyənləşib. Mənbə iddia edir ki, hazırda başçının 1-ci müavini postunu tutan Xanlar Məmmədov dövlətin müvafiq qurumlarının müsahibəsindən də keçirilib: "Onunla danışıqlar da olub və X.Məmmədov başçı təyin olunması üçün ciddi hərəkətlənmədədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...