Güzdək daş karxanasında Abdulla FIRTINASI - FOTO + VİDEOLAR

Güzdək daş karxanasında Abdulla FIRTINASI -

Güzdək daş karxanasında işçilərin əmək münasibətləri rəsmiləşdirilmədən qeyri-leqal əmək fəaliyyətinə cəlb olunur. Eyni zamanda mişar daşı istehsal edən avadanlıq və qurğuların işçilərin həyat və sağlamlığı üçün olduqca təhlükəli şəraitdə fəaliyyət göstərdiyi, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmur. Bununla yanaşı, işçilərin qanunsuz işə cəlb edilməsi və əməyin mühafizəsi norma və qaydalarının pozulması aşikardır. Bu barədə paytaxt.org-a şikayət daxil olub. Şikayətçinin iddiasına görə daş karxanasının rəhbəri Abdulla adlı şəxs pul qazanmaq üçün qanunları mişar daşı kimi kəsib satmaqla məşğuldur. Çox pul qazanmaq xatirinə əmək müqqaviləsi olmadan vətəndaşları müzdlu işlədərək hüquq hüdudlarını taptalayır. Videoda da göründüyü kimi nə qayda, nədə ki, qanun tanıyan bu işbaz Abdulla bəy dövlətin sərvətini talayır vətəndaşını da aldatmaqla məhşurdur. Xülasə, şikayətçinin bizə göndərdiyi video sujeti ixtisarla təqdim edirik. İnanırıq ki, ekologiya nazirliyi və Baş Prokurorluq bu işbazın özbaşına qanunsuz əməllərinə hüquqi qiymət verəcək.

Mənbə: paytaxt.org
Güzdək daş karxanasında Abdulla FIRTINASI -
Güzdək daş karxanasında Abdulla FIRTINASI -







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...