"14 milyonluq tenderi udur, ancaq adicə saytı yoxdur" - Məşhur ekspertdən nazirlik və “DG Telecom”a mesaj

Bir neçə gün öncə maraqlı bir məlumat açıqalnıb. Keçmiş adı BTRİB olan "Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) dövlət qurumu "DG Telecom” adında bir şirkətlə 14 milyon manatlıq müqavilə imzalayıb.
Mia.az bildirir ki, bu sözləri rabitə və informasiya texologiyaları üzrə tanınmış ekspert Osman Gündüz sosial şəbəkədəki səhifəsində yazıb.
O qeyd edib ki, "Baktelecom" Bakı və Bakıətrfaı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adıçəkilən quruma 14 milyon manat vəsait ödəyəcək:
"Bu məqsədlə tender keçirilib və "DG Telecom” tenderi udub. Təxminən 20 ildir ki bu sektordayam. Belə bir İKT qurumu tanımadığımdan, istədim ki saytına baxıb dəqiqləşdirim. Məlum oldu ki nə bu qurumla bağlı hansısa bir rəsmi sayt var, nə də ki normal bir məlumat tapmaq olur. Qəribədir ki, dövlət qurumu olan Baktelecom 14 milyon vəsait verməyə hazırlaşdığı bu telekommunikasiya və internet şirkətinə heç olmasa, adi bir sayt hazırlatdıra bilməyib".
Məsələ ilə bağlı nazirliyin Mətbuat Xidmətinə ( 012 - 498 39 11) zəng etsək də, dəstəyi qaldıran olmadı.
Şirkətin isə koordinatlarını tapa bilmədiyimizdən əlaqə saxlaya bilmədik.
Hər iki tərəfin münasibətini yaymağa hazırıq.
412 dəfə oxundu