Prezident nənəsinin xahiş etdiyi əlil gənci Türkiyəyə göndərdi

Prezident nənəsinin xahiş etdiyi əlil gənci

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ağsuya səfəri zamanı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Bu zaman nənə ölkə başçısından valideynlərini itirmiş gənclə bağlı xahiş edib. Qadın bildirib ki, 29 yaşı olan Zamanov Murad Adil oğlunun bir gözü tam görmür, digər gözü isə çox zəifdir.

Həcər Zamanova qeyd edib ki, gənc təcili əməliyyat olunmalıdır. Prezident Həcər Zamanovanın bu xahişinin qeydə alınması və gəncin əməliyyat olunması ilə bağlı tapşırıq verib və bildirib ki, lazım gələrsə gənc oğlan müalicə üçün xarici ölkəyə göndəriləcək.

Həcər Zamanovanın nəvəsi 1990-cı il təvəllüdlü Zamanov Murad Adil oğlu bu gün müalicə almaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə yola salınacaq.

M.Zamanov Unikal.org-a açıqlamasında bildirib ki, bu gün saat 13:30-da İstanbula yola düşəcək:

"Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir".


Prezident nənəsinin xahiş etdiyi əlil gənci
Prezident nənəsinin xahiş etdiyi əlil gənci



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...