«Onu məcbur edə bilmərik ki, sizə pul versin» - «DİQLAS»IN SAHİBLƏRİ BAKIYA ÇAĞRILIBLAR

«Onu məcbur edə bilmərik ki, sizə pul versin» -


Martın 26-da yanğın nəticəsində tamamilə məhv olan «Diqlas» TM-nin idarə edən şəxslər və sahibləri Bakıya çağrılıb və onların mərkəzdə ticarət edən sahibkarlarla görşü olacaq.

Gundeminfo.az FED.az-a istinadən xəbər verir ki, bu barədə bu gün «Diqlas» TM-də yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlarla TM-nin yerləşdiyi Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşündə bildirilib. Görüşdə bildirilib ki, TM-ni işlədən sahiblərdən biri - Hacı Araz dünən xaricdə idi, amma onunla danışılıb və bu gün gəlib sahibkarlarla görüşəcək.

Görüşdə sahibkarlar TM rəhbərliyinə qanunsuz ödəmələr barədə də məlumat verərək onların zərəri ödəmələini tələb ediblər: «Diqlas» sahibinin tam imkanı var ki bizim pulumuzu ödəsin». İcra hakimiyyəti bildirib ki, məsələ obyektiv araşdırılacaq: «Sahibkarların özləri gəlib sizinlə söhbət edəcəklər. Görüşəcəksiniz. Özləri ilə də müzakirə etmək lazımdır. Mən onu məcbur edə bilmərəm ki, sizə pul versin».



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
232 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...