Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi - Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır

Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi -

Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır.

Gundeminfo.az yazır ki, “Report”un əldə etdiyi məlumata görə, onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur. E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.

Məhkəmə iddianı qismən təmin edib. Hazırda işə Bakı Apellyasiya Məhkəmədə baxılır. Qeyd edək ki, qalmaqallı iş adamının adı mətbuatda sonuncu dəfə bu gün hallanıb. Onun aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı haqsızlıq etdiyi bildirilir. Məsələdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xəbər tutub və onun göstərişi ilə Sənan Axundovun ailəsinə yeni mənzil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...