Mingəçevirdə 7 saylı məktəbin direktorundan şikayət - Məcburi köçkün I Vitse-Prezidentə müraciət elədi

Mingəçevirdə 7 saylı məktəbin direktorundan şikayət  -

Ağdam rayonunda məcburi köçkün düşmüş Mingəçevir şəhər Maqomayev küçəsi ev 50 mənzil 28-də məskunlaşmış Məmmədova Yasəmən Vahid qızı Mingəçevir şəhər 7 nömrəli məktəbin Direktoru Anar İsmayıovun özbaşınalığında Vitseprezidentə müracət edib. Müracətin bir nüsxəsini bizə göndərən şikayətçi müracətinin saytımız vasitəsi ilə işıqlandırılmasını xahiş edib.

Gundeminfo.az Mingəçevir.İnfo-ya istinadən şikayətçinin müraciətini olduğu kimi sizin nəzərinizə çatdırırıq:

Hörmətli Mehriban xanım yazıb nəzərinizə çatdırıram ki, mən 1993-cü ildən Ağdam rayonundan ailəmlə birgə məcbur küökün düşmüşəm. 12 ildən artıqdır ki, 01.03.2007-ci ildən Mingəçevir şəhər R.Mirabov adına 7 saylı orta məktəbdə katibə işləyirəm. 2015-ci ilindekabr ayında övladımın dünyaya gəlməsi ilə əlaqədar analıq məzuniyyətinə getdim. 2017-ci ilin sentiyabır ayında yenidən Mingəçevir şəhər R.Mirabov adına 7 saylı orta məktəbə öz işimə qayıtdım. Ö işimə qayıdan günü mənim vəzifəmin süpürgəçi kimi adı işdə gedən Gülər Şərifova icraetdiyini gördüm.

Məktəbin müdiri gəldiyim gündən mənimlə işləyə bilmədiyini bildirdi. Mənim iş vəzifəmə aid olan işləri ( əmirlərin yaılması, texniki işçilərin tabelinin aparılması, şagirdlərin hətəkəti kitabının aparılması, məktubların yazılması və qeydiyyatının) məndən alınıb Gülər Şərifovaya aparılması tapşırıldı. Mənimsə işim telefona cavab verməkdən, şagirdlərə arayışlar verilməsindən ibaraətdir. Üç il ərzində məktəb direktoru tərəfindən mənə qarşı aqressiv münasibət dayanmırdı. Nəslimdə olan ağsaqqallardan biri məktəb direktoruna zəng edib məni incitməməyi xahiş etdi, bir müddət onun mənimlə işi olmadı. Lakin 2018-ci il iyul ayında təhsilim pedaqoq olduğu üçün DMİK ingilis müəlliməsi işləmək üçün imtahan verdim. Lakin imtahandan lazım olan balı yığa bilmədiyim üçün yenidən məktəbə katibə işləmək üçün qayıtdım. Bu zaman məktəb direktoru yenidən məni sığışdırmağa başladı, işdən çıxmağımı tələb etdi. Mən bildirdim ki, azyaşlı uşağım var, məcburi köçkünəm.

Mənimdə vətəndaş və qadın kimi əmək hüquqlarım var. O isə mənə “səninlə işləmək istəmirəm” deyərək bildirdi. Məktəb direktoru 10.03.2019-cu il tarixdən sonra başladı mənim işimi çətinləşdirməyə, otağın açarını əlimdən aldı, işə tez gəlim qapıda gözləməli olurdum və sairə. Nəhayət 27.03.2019-cu il tarixdə 28.02.2016-cı il təvəllüdlü Quliyeva Əsma Qəzənfər qızı xroniki bronxit simptomi ilə AzDRESS-də yerləşən xəstəxanda Aişə xanımın yanında vəziyyəti kəskinləşdi və mən məktəb direktoruna mənə öz hesaba məzuniyyət verməsini xahiş etdim. Məktəb direktorunun otağında zavuçun yanında direktor mənə ərizə yazıb işdəm çıxmağımı tələb etdi. Mən etiraz etdim otaqdan çıxadım.

Məzuniyyət verilməsi haqqda ərizə yazdım. Bir neçe gün sonra direktorun təsiri altında mən ərizəni dəyişib 01.4.2019-cu il tarixdən işdən azad olunmağımı xahiş etdim ki, uşağımın sağlamlığı ilə məşğul olum. Məktəb direktoru mənim analıq hissimdən istifadə edərək, məni aldadaraq işdən çıxardı. Beləliklədə məni AR ƏM-nin 69-cu maddəsi ilə işdən azad etdilər. Əmək kitabçamı 19.04.2019-cu il tarixdə zor-bəla ilə aldım. İşdən çıxmağım haqda 45 saylı əmri mənim ünvanıma 20.04.2019-cu il tarixdə göndərdilər.

Hər bir məktəbdə çatışmamazlıqlar var, iş prosesində bu adi bir haldır. Bizim məktəbdə isə məktəb direktoru Anar İsmaylov tərəfindən olunan özbaşınalıqların həqqi-üdudu yoxdur. Beləki “Hədəf” hazırlıq kursu kimi tanınan kursun rəhbəri direktorun atası Nadir adlı şəxsdir. Əvvəllər bu kursa Anar İsmaylılov özü rəhbərlik edirmiş. Direktor sinif rəhbərlərinə iclas keçirərək imtahan qabağı şagirdələri imtahana bilet almasını vadar edir. (beləliklədə öz direktor vəzifəsindən sui istifadə edir) Bunun nəticəsi olaraq hər 31 sinifdən `10 uşağa bilet alıdırmaqla imkanı olmayan valideyinləri çətin vəziyyətə salırdı. (həttda məktəbdə oxuyan öz oğlumada bilet almağa məcbur etdi)
Texniki işçilərdən Fond pulu kimi ayda hər birimizdən 5(beş) manat pulu Gülər Şərifova özü şəxsən yığırdı. Eyni qaydada Fond pulu müəllimlərdəndə yığılırdı. Avqusat ayının maaşını texniki işçilər məcbur olub Gülər Şərifovaya verirdi, o isə Anar İsmayılova çatacağını bildirirdi. Ümumiyyətlə qonaq gələndə, digər xərclərin ödənilməsi üçün pulu texniki işçilərdən yığılırdı. Hamı qorxusundan ki, işini itirər səsini çıxartmır.
Bu azmış kimi 11-ci siniflərdən şagirdlərin 21 nəfərdən hər sinifdə 3-4 nəfəri dərsə gəldiyini müşahidə etmək olar.
Tabeldə adı süpürgəçi kimi gedən şəxslərin bir hissəsi əslində öz vəzifə borcunu yerinə yetirmir. Məktəbdə baş verənlərin əgər sadalasam sayı hesabı olmaz.
Hörmətli Mehriban xanım !
Mən bir Azərbaycan qadınıyam, erməni qəsibkarların torpaqlarımızı işğal etdiklərinə görə mən Mingəçevir şəhərinə pənah gətirmişəm. Azərbaycan Respublikasının Prezidenti sizin sayənizə məcbiri köçkünlərə, təhsil sistemində çalışan işçilərə xüsusi qayğı göstərilməkdədir. Lakin məktəb direktoru Anar İsmayılov üçün nə qadın məfumu nədə pedaqoq anlayışı var.
Mənim evim yoxdur. 2 övladım , həyat yoldaşım, qaynanam, qaynatam, qaynatamın anası ilə 3 otaqlı mənzildə kirayədə qalmağa məcburuq. Həyat yoldaşım heçbir yerdə işləmir. Bu işə mənim ehtiyacım var. Uşağın müalicəsinə belə pul çatmır.
Yuxarıda qeyd olunanları rəhbər tutaraq sizdən xahiş edirəm mənim məktəbə öz işimə bərpa olunmağıma və məktəbdə olan haqsılıqlara son qoyulmasına sərəncam verəsiniz.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...