Rektor "tarifləri" artırıb - GDU-da kütləvi narazılıq

Rektor "tarifləri" artırıb -
Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov bu qanunsuz əməllərinə son qoymur.

Rektor Yusif Yusibovun göstərişi ilə universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Bundan əlavə olaraq guya ki, sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə qərargah və apellyasiya komissiyası da yaradılıbdır. Ancaq universitetdə tələbələrdən rüşvət yığımı davam etməkdədir.

Ancaq əvvəlki vaxtlarla müqayisədə təyin edilən "imtahanların qiymətləri" rektorun gizli tapşırığı ilə bahalaşdırılıb. Tələbələr isə universitet rəhbərliyinə qarşı olduqca qəzəblidirlər. Məlumata görə tələbələrin qəzəbinə səbəb universitet rəhbərliyinin rüşvətdən doya bilməməsi, həm də sessiya öncəsi rektorun bütün fakültələri gəzərək onları arxayın etməsidir. Rektor Yusif Yusibov sessiya öncəsi fakültələrdə tələbələrlə keçirdiyi görüşləri zamanı onlara tam şəffaf imtahan söz versə də reallıqda tələbələr daha eybəcər rüşvət yığımı ilə üzləşirlər.

Məlumatda iddia olunur ki, sessiya öncəsi görüşlərdə Yusif Yusibov tələbələrə deyib ki, hansı müəllim onlardan rüşvət istəsə rektora yaxınlaşsınlar. Ancaq sonradan universitetdə sessiyalar zamanı hadisələrin necə cərəyan etməyi rektorun bu sözünün sadəcə "gözdən pərdə asmaq" üçün deyildiyini göstərir. Yenə də universitetdə rüşvət yığımı sürətlə aparılır.

Rektordan tək tələbələr deyil, müəllimlər də narazıdır. Bu yaxınlarda KİV-ə müraciət edən İsmayılzadə Farizə Mobil qızı 1999-cu ildən Gəncə Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsində baş metodist vəzifəsində əmək fəaliyyətimə başlayıb. Onun da hüquqları GDU-da kobud şəkildə pozulub deyə məsələni ictimailəşdirərək əlaqədar qurumlardan kömək istəyir. Belə narazı müəllimlər GDU-da onlarladır. Növbəti yazılarımızda onların problemlərini işıqlandırmağa çalışacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq. \\bizimdovr.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...