Saatlıdan qalmaqalla ayrılan icra başçısı Sabirabada ilk nə edəcək?

Saatlıdan qalmaqalla ayrılan icra başçısı Sabirabada ilk nə edəcək?

Keçən həftə Saatlı rayon icra hakimiyyətinin başçısı postundan Sabirabad RİH rəhbərliyinə transfer olunan Siraqəddin Cabbarov yeni vəzifəsində ilk mübarək addımlarını atmaqdadır. Hər halda, DİA.AZ-a daxil olan informasiyalardan belə anlaşılır.

Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Saatlıda son iş günlərini qalmaqalla başa vuran Siraqəddin Cabbarov Sabirabadda ilk iş gününü "ərazini öyrənməyə" sərf edib.

Mənbənin dia.az-a söylədikləri: "Başçı bir neçə yaxın adamını özü ilə Saatlıdan gətirib. Onlara da verilən əsas tapşırıq rayondakı obyektlərin siyahıya alınmasından ibarətdir. Hətta bu işdə regional vergi idarəsinin xidmətlərinə də tam etibar etməyib. Çünki elə obyektlər var ki, hələ də vergi uçotunda deyil. Amma təzə başçının hesab kitabında mütləq olmalıdır". Mənbə iddia edir ki, gəldiyi gündən bu yana Siraqəddin Cabbarov yerli idarə müdirlərindən heç birini qəbul etməyib. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...