Cavid Qurbanov Kəlbəcərin icra başçısını danlayıb - 250 minlik maşın əvəzinə “Khazar” aldılar

Cavid Qurbanov Kəlbəcərin icra başçısını danlayıb -
Ötən gün icra baçısı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları”nda görünüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisinin deputatı Cavid Qurbanovla Kəlbəcərin icra başçısı arasında mübahisə yaranıb.

AzEuroNews.com xəbər verir ki, buna səbəb bir müddət əvvəl icra başçısı Aqil Məmmədovun özünə “Mercedes-Benz” “S350” model xidməti avtomobil alması ilə bağlı tender elanı verməsi və mətbuatın bundan yazması olub.

Ötən gün icra baçısı Aqil Məmmədov “Azərbaycan Dəmir Yolları”nda görünüb. O, qurumun sədri və Kəlbəcərin deputatı Cavid Qurbanovla görüşüb. AzEuroNews.com-un əldə etdiyi məlumata deyilir ki, Cavid Qurbanov əmisi oğlu Aqil Məmmədovu qapıda soyuq qarışlayıb. Daha sonra A.Məmmədovla birlikdə şəxsi kabinetinə girən C.Qurbanovun səsi yüksəkdən gəlib.

A.Məmmədovu danlayan C.Qurbanov ondan dərhal tenderlə bağlı elanların dayandırılmasını və mətbuata normal açıqlama verməsini tələb edib.

Müavin üçün 55 minlik xidməti maşın?

Aqil Məmmədov Cavid Qurbanovla görüşdən sonra Unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: “2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayrıldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.

Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb.Bu barədə “Qafqazinfo”ya rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov məlumat verib.

O bildirib ki, xidməti maşın başçı üçün deyil, onun birinci müavini üçün alınıb: “Bu, “Azərmaş” ASC-nin istehsalı olan “Khazar Peugeot” sedan markalı avtomobildir. İcra başçısının özü isə “Toyota Avalon” markalı maşın sürür. Düzdür, həmin maşın 2008-ci ildə alınıb. İstismar müddəti 10 il olsa da, icra başçısı Aqil Məmmədov həmin maşından yenə də istifadə edəcək”.

Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti “Mercedes S350” niyyətini “Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...