Naxçıvan gömrüyünün keçmiş şefinin yeni əmlakları üzə çıxıb - İDDİA

AzToday.az-a daxil olan məlumata görə, külli miqdarda mənimsəməyə görə V.Talıbovun qəzəbinə gələn A.Məmmədovun Bakıda yeni obyektləri aşkarlanıb. Məsələ ondadır ki, A.Məmmədov mənimsəmə ittihamlarını qəbul etmirdi. Lakin MR hüquq-mühafizə orqanlarının aylardır davam edən araşdırmaları müəyyən nəticələr verib. Məlumata görə, bu yaxınlarda A.Məmmədovun Bakıda yeni milyonluq əmlakları aşkarlanıb. Bu əmlakları o, Etibar Kərimov adlı keçmiş gömrük işçisinin və yaxın dostunun nəzarəti altında gizlədibmiş.
Qeyd edək ki, A.Məmmədovun Naxçıvanda və Bakıda yerləşən çoxsaylı əmlakları indiyədək əlindən alınmışdı. Lakin istintaqçılar bununla kifayətlənmir, belə hesab edirdilər ki, o, əmlaklarının bir hissəsini gizlədir. Belə görünür ki, bu şübhələr özünü doğruldub. zadənin adamına söz keçirə bilmirsə... - Saatlıda əkinçi su tapmır...
318 dəfə oxundu