Sahil Babayevin yanında əyləşən oliqarx - "Beynəlxalq Bank iş"ində adı hallanırdı

Sahil Babayevin yanında əyləşən oliqarx -

Xatırlayırsınızsa “Beynəlxalq Bank”ın sədri Cahangir Hacıyevin Azərbaycandan milyonlarla dolları çıxartması ilə bağlı məhkəmə prosesində bir çox şirkətin adı keçmişdi.

Bu siyahıda “Marduk Univers Ltd”, “Kingsway Business Limited”, “Hagaro Ltd” adlı şirkətləri də diqqət çəkmişdi. PİA.az-ın apardığı araşdırmakar nəticəsində məlum olub ki, bu şirkətlərə zamanında direktorluq etmiş şəxslərdən biri Fərhad Ələkbrovdur. Fərhad Ələkbərov hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər vəzifədə çalışır.

Fərhad Ələkbərovun statusunu aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə sorğu göndərsək də beş gün keçməsinə baxmayaraq sorğumuza cavab ala bilməmişik.

Qeyd edək ki, Fərhad Ələkbərova aid olan “Marduk Univers Ltd” şirkətinin hesabında 2018-ci ildə 14 milyon dollardan artıq pul olub. Bu “Marduk Univers Ltd” şirkətinin ötən il verdiyi hesabatda göstərilib.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri cənab Sahil Babayevə göndərdiyimiz sorğunun cavabını gözləyirik.


Sahil Babayevin yanında əyləşən oliqarx -
Sahil Babayevin yanında əyləşən oliqarx -
Sahil Babayevin yanında əyləşən oliqarx -
Sahil Babayevin yanında əyləşən oliqarx -
Sahil Babayevin yanında əyləşən oliqarx -
Sahil Babayevin yanında əyləşən oliqarx -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...