"Xan bağı"nda təhlükəli vəziyyət: ağaclar hər an aşa bilər - VİDEO

"Xan bağı"nda təhlükəli vəziyyət:

Gəncənin qədim istirahət məkanlarından olan "Xan bağı"nda ağacların quruması təhlükəli vəziyyət yaradıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 1847-ci ildə salınan bağ baxımsız vəziyyətə düşüb.

Hər an aşma ehtimalı olan qurumuş çinar ağacları bağa gələn qonaqlar üçün də təhlükə mənbəyidir. Belə ki, ən zəif külək əsən zaman belə ağaclar aşaraq avomobillərə ziyan vurur.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.

ETSN-dən saytımıza bildirilib ki, ərazidəki ağacların kəsilməsi üçün qurum tərəfindən rəy verilib:

"Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti "Xan bağı"nda yerləşən qurumuş, təhlükəli vəziyyətdə olan ağacların kəsilib götürülməsi ilə bağlı ekspertiza rəyi verib. Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində olan yaşıllaşdırma idarələri var ki, onlar bu işlə məşğul olmalıdırlar. Bizim qurum tərəfdən yenidən məlumat veriləcək ki, iş tezləşdirilsin".




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...