Səfər Mehdiyev niyə susur? gömrükdən narazılıqlar artdıqca gömrük şefi xəlvətə çəkilir

Səfər Mehdiyev niyə susur?

Səfər Mehdiyev uzun illərdir ki, Azərbaycanın gömrük sistemində yüksək vəzifələrdə çalışır. Onun komitə sədri təyin edilməsi əslində çoxlarında elə sədrin özünün iddialarına inanmırdı. Vəzifəyə təyin olunduqdan sonra gömrükdə rüşvət faktı aşkarlansa istefa verərəm deyirdi. Daha sonra Azərbaycanın gömrük qapılarına səfərlər edirdi. Açıqlamalar, bir qrup media təmsilçiləri ilə təmaslar və əlbəttə ki, şəfafaflıqla bağlı böyük iddialar səsləndirirdi.

Amma və lakin əslində sədr təyin dildiyi gündən bəri gömrükdə yaxşıya doğru nə dəyişib?

Gundeminfo.az-ın analitik qrupu bir sıra rəsmi məlumatları incələyərək yaxşıya və ya pisə doğru dəyişən məqamlara aydınlıq gətirməyə çalışıb.

İlk öncə gəlin gömrük sistemində həyata keçirilən elektronlaşdırma sialahatları barədə məqamlara diqqət edək:

Prezident İlham Əliyevin “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 4 mart tarixli Sərəncamı, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamı var.

Əslində Dövlət Gömrük Komitəsi də planlı şəkildə elə həmin dövrdən fəaliyyətini bu qanunlarla tənzimləməli və maddə-maddə islahatların detalları barədə ictimayyətə bilgi verməli idi.

Məsələn gömrükdə Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasından istifadə və buna müvafiq olaraq TIR konvensiyası tətbiq olunmalı idi.
Səfər Mehdiyev niyə susur?

Buna uyğun olaraq Azərbaycana gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada TIR EPD (TIR Electronic Pre-arrival Declaration (əvvəlcədən elektron bəyanetmə) sistemi vasitəsilə gömrük orqanlarına təqdim olunması məqsədilə Dövlət Gömrük Komitəsi islahatlar aparmalı idi. Hələ cari ilin yanvarın ikinci ongünlüyündə bu islahat reallaşdırılmalı idi. İnsafən ilk səndələyən addımlar da atıldı. İlk pilot layihə həyata keçirildi deyə DGK rəsmi bilgi yaydı. Lakin harada, Azərbaycanın hansı gömrük keçid məntəqəsində bu prosses həyata keçirildi? Bu pilot layihə harada gerçəkləşdi, bəlli deyil. 2019-cü il bitmək üzrədir, 10-cu aydır ki, iddialı və yüksək çinli gömrük məmurları TIR EPD sisteminə tam keçidi nəinki reallaşdıra bilməyib, bu sistemin tətbiqinə rast gəlmək mümkün deyil.

Nəticə etibarilə də gömrükdə yenə də yubanmalar, beynəlxalq yükdaşımalarla bağlı yerli media və sosial şəbəkələrdə çoxsaylı şikayətlər yayılır.

Amma bir məqamı əlavə edək, TIR EPD sistemi tətbiq edilməsə də, Azərbaycan gömrüyündə "Bir pəncərə" sistemi ləğv edilib, nəticə etibarilə də gömrük postlarında “bir inspektor – bir nəqliyyat vasitəsi” layihəsitətbiq olunmağa başlayıb. Bəs o zaman bir neçə nəfərin əvəzinə bir inspektor layihəsi, gömrük rəsmilərinin, elə cənab Səfər Mehdiyevin də iddia etdiyi kimi gömrükdə insan təmaslarının minimuma endirilməsi demək deyil axı. Əksinə hər 1 tıra özəl olaraq maraqlanmaq üçün 1 inspektor təyin olunur. El dilində buna "el bizim sirr bizim" deyirlər...

Bu ilin əvvəlində iqtisadçıların böyük maraqla və sözün əsl mənasında təqdir edərək qarşıladıqları başqa bir islahat Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) layihəsinin icrasına dair arzularla dolu rəsmi bəyanatlar idi. Bu arzularda gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması ifadə olunurdu. Olmadı çünki pilot layihələrlə bağlı rəylər masa üzərində qalıb.

Gömrükdə vətəndaşların məmnunluğunu artırmaq, növbələri azaltmaq, gömrük sistemində vətəndaşlarla rəsmilərin təmaslarını azaltmaq istiqamətində nə iş görülüb?
- Gömrükdə inhisarçılıq edən brokerlər niyə qalır? Bu sahədə azad rəqabət mövcuddurmu?
- Görəsən Səfər Mehdiyev komitədə qohum-qonşularla kadr islahatlarına dair ictimayyətdən gələn iradlara niyə cavab vermir?

Ardı var. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...