Cavid Qurbanovun dəmiryol layihələri niyə yubanır? ləng gedən işlər, əlavə milyonlar istəmək...

Cavid Qurbanovun dəmiryol layihələri niyə yubanır?

"Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq" bu söz“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün deyib.

O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: “Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".


Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncam imzalanandan sonra layihə smeta sənədləri hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Elektrik dirəklərindən tutmuş, dəmiryol xətlərinin təmirinə, yeni qatarların alınmasına qədər bütün xərclər əhatə olunub.

Hələ 2018-ci ildə Cavid Qurbanov mətbuat qarşısında çıxaraq bəyan etmişdi ki, layihə çərçivəsində 150 -175 km dəmir yol xətti yenidən qurulacaq. Artıq bu məqsədlə 100 milyon manat vəsait də ayrılıb. Dairəvi Dəmir Yol Xəttinin tikintisi zamanı əhalinin sıxlığı nəzərə alınacaq və ümumilikdə 23-26 stansiyanın qurulması nəzərdə tutulur.

Cavid Qurbanov onu da bildirib ki, sərnişinləri rahat daşımaq üçün 4 yeni qatar da sifariş verilib. Dairəvi Dəmir Yol Xəttində qatarlar saatda 100 km sürətlə hərəkət edəcəklər. Dəmir yol xətti gələcəkdə bir qədər də uzadıla bilər. Bakı Tiflis Qars dəmir yol xətti ilə sərnişinlərin daşınması üçün də yeni qatarlar sifariş verilib. Qatarlar ilin sonuna kimi hazır olacaq.

Gundeminfo.az-a daxil olan məlumata əsasən Cavid Qurbanovun dediyi yeni qatarların Bakıya gəlib gəlmədiyi hələ də bəlli deyil. Çünki medaiaya və ictimayyətə bununla bağlı ətraflı hər hansı açıqlama verilməyib.

Mənbəmiz iddia edir ki, qeyd edilən layihənin icrası ilə bağlı olaraq dövlət büdcəsindən əlavə olaraq vəsaitlər istənilib. Bu vəsaitlərin də niyə layihənin təkrara olaraq şişirilməsinə gətirib çıxarıb. Yenidən dövlət büdcəsindən pul almaq üçün Cənab Prezidentə müraciət edən Cavid Qurbanov layihənin ilkin smeta dəyərləndirilməsinin sonradanhansı şərtlər əsasında artdığını açıqlamır. Dəmiryol rəsmiləri bu layihənin dəyərinin ilkin qiymətləndirilmədən sonra əlavə hansı nəzərdə tutulmayan xərclər yaratdığını açıqlamır.

Nəticə etibarilə də layihə və ya elə ölkənin dəmiryolu ilə bağlı layihələrin maliyyə dəyərinin günü gündən artırılması ilə bağlı suallar açıq qalır.

Qeyd edək ki, bir qədər əvvəl yerli mediada "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəyəri milyonlarla ölçülən razılaşmaya imza atması barədə informasiya yayılmışdı.

Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı–Böyük Kəsik dəmir yolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma var idi.

Tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi olmuşdu. Bu müəsisənin beynəlxalq nifuzu ilə bağlı bir sıra müəmmalı məlumatlar da yayıldı. Görünür Cavid Qurbanov layihələri ilkin qiymətləndirmədən sonra hər an məhz belə "nəzərdə tutulmayan" məsləhət pullarına sərf olunur deyə bahalaşa-bahalaşa gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...