Nazirin bacısı vətəndaşı illərdir yanlış müalicə edib - Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyevadan şikayət

Nazirin bacısı vətəndaşı illərdir yanlış müalicə edib -

Göyçay sakini Rüfət Quliyev səhhəti ilə bağlı problemdən şikayətlənir. 2005 ci ildən xəstə olduğunu bildirən vətəndaş Gözətçiyə açıqlamasında deyir ki, səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyevanın illərə müalicəsini alıb. Təyin etdiyi bütün dərmanları xaricdən küllü miqdarda vəsait hesabına gətizdirib ( Avonex, CİNNOVEX, Metaksontron )
Nazirin bacısı vətəndaşı illərdir yanlış müalicə edib -

Lakin vətəndaşın bildirdiyinə görə aldığı müalicələr əks reaksiya verib və tədricən yataq xəstəsinə çevirilib: “Ayaq üstə həkimə müraciət etmişəm. Oradan əlil arabası ilə çıxmışam. Məndən illər əvvəl bu xəstəliyə tutulanlar ölkə xaricində Məsələn : Türkiyə, İsrail, Misirdə yaxşı həkimlərə müraciət ediblər. Onların müalicəsindən sonra hələ də ayaq üstə dirlər”

Nazirin bacısının yanlış müalicəsi...

Rüfət Quliyev bildirir ki, müraciətinin əsas səbəbi şikayətini aidiyyatı qurumların eşitməsdir:
Nazirin bacısı vətəndaşı illərdir yanlış müalicə edib -

“Mən ona görə müraciət edirəm ki, əgər baxış sayı artsa , onların adları nə qədər çox hallansa bəlkə onda mənimlə maraqlanarlar. Mən onlardan çox böyük nəsə istəmirəm. Sadəcə mən istəyirəm ki, mənimlə maraqlansınlar və mənə mümkün olan köməyi göstərsinlər.Mənim vəziyyətim çox ağırdır.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...