Firudin Nəbiyevin arzusu ürəyində qaldı... Müdafiə Nazirliyində vəzifəyə gedə bilmədi

Firudin Nəbiyevin arzusu ürəyində qaldı...

Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev bu dəfə Müdafiə Nazirliyində görəv almaq istəyir. Xəbərlərdə deyilirdi ki, hər halda Miqrasiya Xidmətini yarıdan birisinin Müdafiə Nazirliyi kimi strateji bir qurumda görəvə gətirilməsi inandırıcı olmasa da, belə bir ideya var və Firudin Nəbiyev də məhz bu yöndə çaba sərf edir.

Xatırladaq ki, keçən ilin aprel ayının 24-də Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinin dəyişdiyi zaman Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Firdudin Nəbiyevin ünvanına ağır ittihamlar səsləndirilmişdi ki, buna görə də onun MN-də vəzifə tutacağı, vəzifə ala biləcəyi heç də inandırıcı görünmürdü.

Hörmətli PA rəhbəri yeni xidmət rəisini kollektivə təqdim edərkən işdən qovulan Firudin Nəbiyevi məhz bu ifadələrlə yola salmışdı: “Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamlıdır ki, sabah eyni hallar baş versin və aidiyyatı insanlar məsuliyyətə cəlb edilsin. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Təbii ki, bütün bunları boşundan xatırlatmadıq. İndi isə aydn olur ki, Firudin Nəbiyevin arzusu ürəyində qalıb. Belə ki, artıq onun MN-də göz dikdiyi vəifəyə yeni təyinat olub.

Xəbərə görə, Müdafiə naziri Zakir Həsənovun imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb. Nazirin digər əmri ilə həmin vəzifəyə polkovnik Emin Əzimzadə təyin edilib.

Yəni Firudin Nəbiyev yox... Tam da gözlənildiyi kimi... kimlərinsə arzu etdiyi kimi yox...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...