Cavid Qurbanovun da idarəsi ləğv edilir - ADY Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilir

Cavid Qurbanovun da idarəsi ləğv edilir -

2 il öncə 2017 Fevralın 13-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladı.

Və Ramin Quluzadənin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olundu.

Bu prossesdən sonra Azərbaycan Nəqliyyat Nazirliyi ləğv olundu. Ardından isə Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı xidməti yaradıldı. Yeni yaradılan nazirliyin tərkibində Bakı Taksi Xidməti MMC formalaşdırıldı.

2017-ci ildən etibarıən Nazirlər Kabinetinə də bir sıra normativ hüquqi aktların hazırlanmasına dair dövlət başçısı göstərişlər verdi. Sərəncamdan irəli gələn vəzifələr yeni nazirliyin strukturunun formalaşdırılması məsələrinə dair öhdəliklər. Lakin xeyli zaman keçməsinə baxmayaraq hələ də bir sıra sənədlərin icra vəziyyətinə yönləndirilməsi prossesi ləngiyir.

Bundan sonra isə 2018-ci ilin aprel ayının 21-də Azərbaycan Milli Məslisi Novruz Məmmədovun baş nazirliyini təsdiqlədi. Və bundan sonra da Nazirlər Kabineti bir sıra öhdəlikləri həyata keçirməli olduğu halda fəaliyyətində qüsurlarla yadda qaldı. Vacib olan normativ hüquqi aktların tərtib edilməsi yubandı. Gundeminfo.az-a daxil olan məlumata əsasən elə N.Məmmədovun vəzifəsindən azad edilməsinin əsas şərtlərindən biri də işinin öhdəsindən gələ bilməməsi olduğu deyilir.

N.Məmmədovun baş nazir olduğu dönəmlərdə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tam olaraq formalaşdırılması tendensiyası başa çatmalı olduğu halda prosses ləngidi. Hansı ki, ölkənin nəqliyyat sektorundakı xaotik vəziyyət ortadan qaldırılmalı, yeni yaradılan nazirliyin fəaliyyətinin daha da optimallaşdırılması prossesi həyata keçirilməli idi.

Gundeminfo.az-a danişan mənbə iddia edir ki, yeni baş nazir təyin edilmiş Əli Əsədov illərdir yarımçıq qalmış və birbaşa olaraq Nazirlər Kabinetində baza sənədlərinin hazırlanmaması problemini həll etməyə başlayıb. Məlumata əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha da səmərəli fəaliyyət göstərməsi üçün hökumət bir sıra struktur islahatlarına dair dövlət başçısına təkliflər hazırlayacaq. İlkin mərhələdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna yeni qurumların əlavə edilməsi gözlənilir. Ləğv edilərək nazirliyin strukturuna daxil ediləcək qurumlardan biri də "Azərbaycan Dəmir Yolları” QSC ola bilər.

İnformasiyaya əsasən uzun illərdir ki, müzakirə edilən islahatın başlanmasına sayılı günlər qalıb. Yaxın günlərdə Cavid Qurbanovun vəzifəsindən azad edilməsi, "Azərbaycan Dəmir Yolları” QSC-nin isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi gözlənilir.

Qeyd edək ki, son günlər Cavid Qurbanovun fəaliyyəti ilə bağlı olaraq mediada bir sıra tənqidi yazılar dərc edilir. Diqqəti çəkən əsas məqam isə bir zamanlar C.Qurbanovun Mərhum Prezident, Ümumilli Lider Heydər Əliyev tərəfindən imzalanan sərəncamla işdən azad edilməsinə dair sənəddir.

Görünən odur ki, Cavid Qurbanovun bir sıra meqalayihələrlə bağlı fəaliyyətinin araşdırılması kifayət qədər təcrübəsi olan, yeni baş nazir Əli Əsədov cənablarının diqqətindədir. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.


Cavid Qurbanovun da idarəsi ləğv edilir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...