Əkbər Hacıyev çıxarıldı - "Azəriqaz"ın yeni prezidenti Ruslan Əliyev oldu

Əkbər Hacıyev çıxarıldı -

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib.

R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:

“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...