Hacıqabulun icra başçısı vəzifəsindən azad olunur - qocaman başçı öz xoşu ilə istefa vermək niyyətində deyilmiş

Azərbaycanda yeni bir islahat dalğası başlayıb. Dövlət başçısı yaşlı məmurların istefa verməklə bağlı tövsiyyələrinə artıq yerlərdən dəstək olan məmurların sayı artıb. Son günlər bir neçə iri çinli yaşlı məmur və icra başçısı geri çəkilərək gənclərin görəvə gətirilməsinə şərait yaradıblar.
Lakin bəzi yerli məmurlar var ki, 10 illərdir tutduqları kreslolarını tərk etmək niyyətində deyillər. Hansı rəhbəri olduqları rayonlarda vəzifələrini yetərincə icra edə bilmirlər. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən belə icra başçılarından biri də Hacıqabulun icra başçısıdır.
Məlumata əsasən 05 fevral 1951-ci ildə Azərbaycan Respublikası Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 29 mart 2006-cı il tarixdən Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısıdır. Söhbət Əhməd Kərəm oğlu Muxtarovdan gedir. 70 yaşını haqlamaqda olan icra başçısı vəzifəsi ilə vidalaşmalı olacaq.
13 ildir ki, bir rayona rəhbərlik edən Ə.Muxtarovun son zamanlar tez-tez səhhəti ilə bağlı məzuniyyət götürdüyü söhlənilir. Kifayət qədər yaşlanmasına baxmayaraq hələ də icra başçısı kreslosunu təhvil vermək istəmir.
Gundeminfo.az-a danişan mənbə bildirir ki, 70 yaşını haqlamış Ə.Muxtarov bu günlərdə vəzifəsindən alınacaq.
291 dəfə oxundu