Ekologiya Nazirliyində qalmaqal: Müavini Muxtar Babayevdən meşələrin qırılmasını qarşısını almağı tələb etdi (FOTO)

Ekologiya Nazirliyində qalmaqal:

Son zamanlar Azərbaycanda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ayrı-ayrı media orqanları və sosial şəbəkə istifadəçiləri həyəcan təbili çalmaqdadırlar. Amma bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini narahat etmir, əksinə nazirlik nümayəndələrinin ölkəmizdə yaşıllıq sahələrinin qırılmasına haqq qazandırdığının şahidi olmaqdayıq.

AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, meşələrin kütləvi şəkildə qırılmasında birbaşa maraqlı tərəf elə Ekologiya Nazirliyinin əməkdaşlarıdır. Məsələn, cənub rayonlarının meşə fondunun məhv edilməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar da bunu təsdiqləyir. Belə ki, Masallı Regional Meşə Təsrərrüfatı Mərkəzinin rəhbəri Mustafa Əhmədov və müavini Abuturab Bağırov (Abuturab Bağırovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Departamentinin sədri Ağaqardaş Qaraşovla kirvə olduğu bildirilir – red.) ayrı-ayrı işbazlara meşələrin qırılmasına şərait yaratdığı bildirilir. Xəbər verdiyimiz kimi Masallının Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında çınqıl karxanası açılıb. Və karxanada çınqıl satmaq üçün nəzərdə tutulmuş tərəzi də quraşdırılıb. Bütün bunlar isə sözügedən meşə dolayının ağır traktorların tırtılları altında məhv edilməsi və xarabazara çevrilməsi deməkdir.

Araşdırmalarımız zamanı məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi çınqıl daşımaq üçün meşə ərazisinə təxminən 3,5 kilometr yol çəkib.

Ekologiya Nazirliyində qalmaqal:
Ekologiya Nazirliyində qalmaqal:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...