Biznes obyektlərinə icbari əmlak sığortası tətbiq edin! - Razi Abasbəylinin yazısı

Biznes obyektlərinə icbari əmlak sığortası tətbiq edin! -

Acından ölürəm, kasıbam deyir gedir aylıq 30 manata telefon kreditə götürür. İşıqdan qazdan qənaətlə istifadə etmir, lazım olmayan məqamda elektrik açarlarını ayırmır borclanır...

Toya gedir, toydan qalmır, pulu kreditə götürür.

İnsafən etiraf edək ki, vətəndaşımız məsuliyyətlə bağlı mühim məqamları unudur. Ailə büdcələri planlanmır. Düzdür ölkədə ciddi şəkildə işsizlik, gəlirsizlik problemi var, infilyasıya var. Vətəndaşın gəliri ilə milli valyutanın dəyəri tərs mütənasibdir.

Amma etiraf edək ki, bəzən icbari olan sığortalar da işə yarayır. Məsələn nəqliyyat vasitələrinin icbari sığortasına diqqət edək. İndi yollardakı əksər nəqliyyat vasitələri icbari sığortalanıb. 10 il əvvəl nə qədər mübahisə, dava olurdu? İndi pis-yaxşı sığorta var. Nəqliyyat hadisəsi baş verir və vətəndaş sığortasından istifadə edir. Dünyanın inkişaf etmiş ölkələrində "sürət həddini aşma", "qoşa xəttin tələbini" pozmaya görə nəqliyyat vasitələrinə tətbiq edilən cərimələrdən bizim ölkədən çoxdur. Hətta yolda hərəkət edərkən siqaret kötüyünü yol atmağa görə də cərimə kifayət qədər böyükdür.

Məsələn Gürcüstanda!

Bu baxımdan da düşünürəm ki, sahibkarlar üçün də icbari sığorta tələbi olmalıdır. Çox sadə halda vergi ödəyicisi olaraq dövriyyəsinə və əmlakının həcminə görə hər bir sahibkar sığorta haqqı ödəsin.
"Diqlas" yanır yapışırlar hökumətdən ki, konpensasiya verilsin, dərs olmur ardınca "Sədərək", "Binə"də yanğın olur. Nə çətin şeydir ki, biznesmenəm deyib cəmiyyət önündə iki üç mağar müğənnisini sünnət toyuna gətirib xeyli pul xərcləməyəsiz.

Birazca da o sizin yekəxanalıq etmənizə səbəb olan Osmanlılar demiş "Çörək təkməniz"i sığortalayın. Sözüm böyük gəliri olan sahibkarlaradır - sığörtanız niyə yoxdur? Niyə dövlət sizin obyektinizi konpensasiya etməlidir? İşıq borcunu, qaz borcunu, problemli kredit borcunu başa düşdük - vətəndaşımızın sosial durumu ağırdır və dövlət başçısı bu durumu yüngülləşdirmək üçün zamanla humanist addımlar atır.

Bəs siz niyə böyük gəlirlər əldə etdiyiniz obyektinizi sığorta etmirsiniz? !!!!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...