Elton Məmmədovun “adamı”ndan ölkə rəhbərliyinə ŞİKAYƏT

Elton Məmmədovun “adamı”ndan ölkə rəhbərliyinə

Ucar rayon sakini Həsənov Teymur Sədyar oğlu redaksiyamıza müraciət edərək vaxtilə Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri, hazırda isə Ucar rayon poçt filialının müdiri vəzifəsində işləyən Natiq Məmmədovdan şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə, Natiq Məmmədov 2012-2013-cü illərdə onun xəbəri olmadan adına ünvanlı sosial yardım yazaraq pulu mənimsəyib.

Şikayətçinin sözlərinə görə, o, 2019-cu ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin müdir müavini Oruc Piriyevin qəbulunda olan zaman elektron sistemə baxılaraq 2012-2013-cü il tarixində bir il ünvanlı sosial yardım aldığı bəlli olub:

“Bu cinayət faktıdır ki, Natiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edib.
Elton Məmmədovun “adamı”ndan ölkə rəhbərliyinə

Qeyd edim ki, korrupsiyaya qurşanmış Natiq Məmmədov indiyə qədər müxtəlif vəzifələrdə işləyib. Əvvəl Reyestr xidmətinin müdiri, sonra Ucar rayon Qaz İstismarı İdarəsinin müdiri, 2010-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin müdir, Yevlax rayon Sosial Müdafiə şöbəsinin müdiri vəzifələrində işləyib. Bütün vəzifələrində onun korrupsiya əməlləri sübut olunduğu üçün işdən kənarlaşdırılıb.

Həttda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinin müdir vəzifəsində işləyən zaman etdiyi qanunsuzluğa etiraz edən şəxs özünü yandıraraq intihar etmişdi. Keçmiş deputat Elton Məmmədov onu himayə etdiyi üçün həbsdən qurtulmuşdu. Hazırda da Natiq Məmmədovu sabiq deputat Elton Məmmədov himayə edir. O, hər ay keçmiş deputat Elton Məmmədova haqq verir. Natiq Məmmədov rəhbər vəzifəyə təyin olunması tam qanunsuzluq olsa da, Əli Abbasovun nazir olduğu vaxt küllü miqdarda rüşvət hesabına Ucar poçt filialına müdir vəzifəsinə təyin edilib”.

Teymur Həsənov bildirib ki, yoxsul vəziyyətdə yaşayırlar. Qızı anadangəlmə ruhi xəstədir ki, buna görə o, 2-ci qrup əlildir. Həmçinin şəxs özü də 2-ci qrup əlildir:

“Mən mətbuat vasitəsilə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramil Quluzadəyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb xahiş edirəm, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı edib korrupsiya cinayəti ilə məşğul olan, hazırda Ucar poçt filialının müdiri vəzifəsində işləyən Natiq Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...