Azərbaycanda ziyanlı mallar məhv edilmir: Başqa adla yenidən əhaliyə satılır - İDDİA

 Azərbaycanda ziyanlı mallar məhv edilmir:
"Rivera" markalı zeytun yağının Bakıda satışına hələ də qadağa qoyulmayıb.

Belə ki, Türkiyədə satışı qadağan edilən yağ hazırda “Araz” marketlər şəbəkəsində satılır.

Bildirək ki, Türkiyədə “Rivera” zeytun yağının satışına Kənd və Meşəçilik Nazirliyi tərəfindən qadağa qoyulub. Səbəb isə onun insan həyatı üçün təhlükə vəd etməsidir.

Maraqlıdır, Azərbaycanda bu məhsulun yığışdırılmama səbəbi nədir?

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Cebhe.info-ya açıqlama verərək bildirib ki, aşkar olunan yağ zərərli olan partiya mala aid olmaya bilər. Bunu müəyyənləşdirmək üçün ilk öncə AQTA araşdırma aparmalıdır:

““Bu partiya” sözü mala aid olan anlayışdır. Demək olmaz ki, bir marka elə həmişə təhlükəlidir. Ola bilsin ki, aşkar olunan yağ həmin partiya mala aid deyil. Bunu AQTA araşdırmalıdır. Əgər həmin partiya malından Azərbaycan bazarında varsa, əlbəttə ki, çıxarılmalı, mütləq Qida Təhlükəsizlik Agentliyi bununla bağlı iş aparmalıdır. Ölkədə təhlükəli malın bazardan çıxarılması üçün cəld mexanizm yoxdur. AQTA yalnız ictimai məlumat verməklə problemi bildirir. Amma məlumat geniş şəkildə işlənib hazırlanmalıdır ki, məhsulu bazardan geri yığmaq mümkün olsun. Əgər mallar məhv edilirsə, kütləvi şəkildə məhv edilməlidir. Təəssüf ki, bu məsələ də qaranlıq qalır və bəzən belə mallar bazardan çıxarılır, ayrı-ayrı qablara tökülür və yenidən istifadəyə verilir. Ölkədə zərərli mallar məhv edilməsi yox, Lomonosovun qanunu işləyir, yəni heç nə dəyişmir, maddə bir haldan digər hala çevrilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...