Daha bir YAP-çı deputata etiraz: Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər

Daha bir YAP-çı deputata etiraz:

Seçicilərin deputat-namizədlərə etirazları davam edir. Bu dəfə seçicilərin narazılıqları ilə YAP-çı deputat Aydın Mirzəzadə üzləşib.

AFN xəbər verir ki, 2000-ci ildən bəri 47 saylı Mingəçevir seçki dairəsini parlamentdə təmsil edən və yenidən seçkilərə qatılan A.Mirzəzadə Mingəçevirdə keçirdiyi görüşdə etirazla qarşılaşıb. Belə ki, seçicilər ona bu illər ərzində heç bir iş görmədiyini, indi də görüşlərinə büdcə təşkilatlarında çalışanları yığdığını deyiblər. Videodakı digər məqamlardan da görünən odur ki, sıravi vətəndaşlar görüşə buraxılmır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...