“Namizədləri mübarizədən çəkindirməklə...” – Rəsul Quliyevdən Cəmil Həsənliyə CAVAB

“Namizədləri mübarizədən çəkindirməklə...” –

“Parlament seçkilərində hökümətlə mübarizədən qorxan Milli Şura adlı təşkilatın Xalq Cəbhəsi liderinin təyin etdiyi professoru deputatlıq uğrunda mübarizə aparanların aktivliyi çox narahat edir”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq Rəsul Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin yaydığı fevralın 9-da keçiriləcək seçkilərdə mandat qazanacaq şəxslərin siyahısına münasibət bildirərkən deyib.

R. Quliyev bildirib ki, bu aktivliyin qarşısını almaq üçün yaramaz ideyalar irəli sürür:

“Gələcək deputatların siyahısını çap etməklə mübarizə aparmağın əhəmiyyəti yoxdur, onsuz da deputatlar artıq təyinatlarını alıb deyir. Bu nədir, özünün acizliyini gizlətmək üçün xalqa xəyanət etmək deyilmi? Namizədləri mübarizədən çəkindirməklə hökumətə xidmət etmək kimi mənfur hərəkətindən xəcalət çəkməməlidirmi bu insan?”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...