Arvadının boğazını kəsən sabiq icra başçısının oğlu saxlanıldı - Cinayət işi başlandı

Arvadının boğazını kəsən sabiq icra başçısının oğlu saxlanıldı -


Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.
"Yeni Sabah"ın Unikal.org-a istinadəni məlumatına görə, keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...