Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır (FOTOLAR/VİDEO)

Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır


Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. 8:00-da səsvermə prosessi start götürüb. İlk dəqiqələrdən 87 saylı Ağsu- İsmayıllı seçki dairəsində ciddi qanun pozuntuları start götürüb. Ağsu şəhərində işıqlar söndürülüb.

Gundeminfo.az bizimxeber.az-a istinadən qanun pozuntuları ilə bağlı məlumatı təqdim edir:

49 saylı Məntəqə – Qəşəd kəndi – Məntəqə sədri Cəlil Abdullayev. Bu məntəqədə bülletenlər topa möhürlənib. Bu qanunların kobud şəkildə pozulmasıdır. Həmçinin bu kəndin icra nümayəndəsi Tahir Beydullayev seçkiyə müdaxilə edir, məntəqədə səsverməyə ciddi problemlər yaradır.

***
Ağsuda seçki saxtakarlıqla başladı: DSK sədri qutudan Tahir Kərimli çıxartmağa çalışır

Ərəbmehdibəy kəndi – 37 saylı Məntəqə sədri Qurbanov Müseyib İslam – Bu məntəqədə bülletenlər topa ilə kəsilib. Bu qanunların kobud şəkildə pozulmasıdır.

***

Baş verənlərlə bağlı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin sədri Azad Dursunəliyevlə məlumat verilsə də heç bir ciddi tədbir görmür…

***

Kalva kəndi – 52 saylı Məntəqə bulletenlər topa ilə kəsilir…. Həmçinin bu məntəqədə 15 nəfər səsverməyə gəlsə də artıq qutuda 50-dən artıq bülleten var – Məntəqə sədri – Məmmədov Xəqani Babacan




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...