Şeyxin kürəkənini qaranlıqda deputat ediblər... – VİDEOLAR

Şeyxin kürəkənini qaranlıqda deputat ediblər... –

Bu seçkidən ən qazanclı çıxanlardan biri şeyxülislam Allahşükür Paşazadə olub. Şeyxin həm qardaşı, həm də kürəkəni deputat olub. Amam necə olub?..

Sabiq deputat Qalib Salazadənin oğlu, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin kürəkəni Əliabbas Salahzadə telefon işığında deputat “seçiblər”.

Azərbaycanda seçki prosseslərini izləyənlər yaxşı bilirlər. Adətən təbliğat kampaniyası ideal olmasa da, qanunauyğun aparılır, səsvermə prossesində kiçik qanunpozuntuları qeydə alınır və nə baş verirsə səsvermə bitdikdən sonra, yəni qutular açılıb səslər sayılanda baş verir.

Bəzən heç səsləri də saymırlar, MnSK üzvləri ya qutuları götürüb qaçırlar, ya da bülletenləri bir torbaya yığıb aparırlar. Bəzən də qapıalrı bağlayırlar və hamını çölə çıxarırlar. Yəni namizədlərin iki-üç ay ərzində ortaya qoyduqları əziyyət və xərclər MnSK üzvlərinin sayəsində yoxa çıxır, ya da yerə vurulur.

Bu dəfəki seçki də bu baxımdan istisna olmadı. MnSK-lar namizədlərin bütün əziyyətlərini yerə vurdular və yenə də demək olar ki, haqlı onlar, haqsız isə qanun tələb edən namizədlər oldular. Yəni MnSK-ların yazdıqlarına pozu olmur...

Düzdür bu dəfə MSK bir neçə dairəni ləğv etməklə bu yazının pozulmasının mümkün olduğunu da ortaya qoyub. Amma bunu istisna hal kimi qəbul etməliyik. Çünki ümumlikdə götürəndə MnSK-ların göz-görəsi qanun pozuntuları gözməməzlikdən gəlinir.

Bu dəfəki seçkidə səslərin sayılması zamanı demək olar ki, bütün məntəqələrdə bülletenlər stolların altına dağılması ilə yadda qaldı. Dağılan bülletenlərin üstünə isə təbii ki, qalaq-qalaq hazır bülletenlər atıldı və müşahidəçilərin qışqır-bağırına baxmayaraq seçkinin taleyi həll olundu.

Azərbaycanda illərdir belədir. Keçirilən seçkilər “baxın, bizdə də seçkilər var, xalq da səs verir” fikirini söyləməyə xidmət edir və xalqın iradəsini çeynəyənlərə də “gözün üstə qaşın var” deyilmir. Kimə istəyirsən get səs ver, seçimdə azadsan! Əsas məsələ səs vermək deyil ki, səsləri saymaqdır.

Bu seçkidə şeyxülislam Allahşükür Paşazadənin də bəxti pis gətirməyib. Şeyxin həm qardaşı, həm də kürəkəni deputat olub. Amam necə olub? Paşazadənin kürəkəni Əliabbas Salahzadənin namizəd olduğu Sabunçu 2-ci seçki dairəsinin məntəqələrində çəkilən videoları izlədikdə hər şey özü-özünə aydın olur.

Ələkbər Salahzadə üçün Seçki Məcəlləsi təkcə səsvermə zamanı pozulmayıb. Təbliğat-təşviqat prosesində də pozulub. Onun üçün əvvəlcə 5 kəndin icra nümayəndələri, bələdiyyə sədrləri işləyib. Bunu heç özü də gizlətməyib.

İnanmırsız?
Şeyxin kürəkənini qaranlıqda deputat ediblər... –
Şeyxin kürəkənini qaranlıqda deputat ediblər... –

Seçki kampaniyasının “razqar” vaxtında Əliabbas Salahzadə özünün instaqram səhifəsində fotolar paylaşıb. Normalda həmin fotolar onun seçki kampaniyasından dərhal uzaqlaşdırılmasına qədər gedib çıxmalı idi. Olmadı, etmədilər, edə bilmədilər...

Fotolarda bilirsiz kimlər vardı?

Əliabbas özünün icra nümayəndələri və bələdiyyə sədrləri ilə fotosunu paylaşıb yazmışdı ki, dairə ərazisində seçicilərlə görüş keçirib. Bəli, dərin zəka tələb etməyən, sadəcə məktəblinin belə etməyəcəyi səhvi deputatlığa namizəd etmişdi! Yəni adam özünün qanunsuz kampaniya apardığını ortaya qoyan fotosunu yaymışdı!


Kampaniya dövründə həmin fotonu da Əliabbas Salahzadə instaqram səhifəsindən silmədi...

Seçki günü də hər şey şərtlərə uyğun oldu: müəllimlər, tibb işçiləri vay-şüvən qoparıb sinələrini qabağa verdilər. Beləcə Sabunçu 2-ci seçki dairəsindən Əliabbası qalib çıxardı.

Videolara baxın, bu videolar Sabunçu 2-ci seçki dairəsinin 25-ci və 34-cü məntəqələrindəndir.







Bütün bu oyunlar: işıqların söndürlməsi, müəllimlərin qabağa verilib seçkiyə haram qatılması 1 məqsədə xidmət edib – Əliabbas Salahzadə deputat mandatını cibinə qoya bilsin!

Dərd orasındadır ki, Əliabbas Salahzadə seçki kampaniyası dövründə, elə bu gün də barəsindəki ifşaedici məlumatları özünün facebook divarından silə bilməyib. Tanıyanlar deyir ki, adam sadəcə bunu bacarmır...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
254 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...