Yasamal İH yaşlı nənəyə küçə süpürdür - 65 yaş məsələsi burada rol oynamır?

Yasamal İH yaşlı nənəyə küçə süpürdür -

Bu foto Berlin, Paris ya da Pekin yox, Bakının “20 Yanvar” metrostansiyasının önündə çəkilib. Ahıl qadın günün günortaçağı küçə süpürməyə məhkum edilib.

O, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (JEK) naəlac işçisidir – neyləsin, işləməsə, aldığı qəpik-quruş dilənçi maaşı da verilməyəcək…

Reportyor.info-nun xəbərinə görə, ölkədə xüsusi karantin rejimi elan olunmasına, yaşı 65-dan yuxarı olanların küçəyə çıxmasına qadağa qoyulmasına baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinə tabe olan MKTB rəhbərliyi yaşlı nənəyə küçə süpürdür. Bu, nə qanuna uyğundur, nə vicdana, nə də ilahi ədalətə…

Yaşlı qadını qul kimi işlədirlər, onu koronavirus təhlükəsinin ağuşuna atırlar və bununla prezidentin tapşırıqlarının, dövlətin verdiyi rəsmi qərarların əleyhinə gedirlər. Kimlər? – Yasamal RİH rəhbərliyi, başçısı Elşad Həsənov və “JEK” rəisi…

Bəzən düşünürsən, həyatda koronavirusdan da təhlükəli canlılar var: aramızda dolaşırlar, bizə hökmranlıq edirlər, həyatımıza qəsdlə məşğuldurlar. Şərhə ehtiyac yoxdur!!!
Yasamal İH yaşlı nənəyə küçə süpürdür -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...