Zakir Fərəcov karantin dövründə dənizin içində obyekt tikdirir? - VIDEO

Zakir Fərəcov karantin dövründə dənizin içində obyekt tikdirir?  -
Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Abşeron və Sumqayıtda xüsusi karantin rejimini mayın 31-dək uzadıb. Çox maraqlıdır ki, uzadılmış bu klarantin dövründə Sumqayıtda restoran tikintisi davam edir. Gundeminfo.az-a daxil olan görüntülərdən məlum olur ki, karantin dövründə Sumqayıtın İcra Hakimiyyəti əraziyə yetərincə nəzarət edə bilmir. Görüntülərdə dənizin içinə doğru uzanan böyük bir obyektin inşa edildiyi aşkar görünür. Xeyli sayda fəhlə böyük bir dəhliz düzəldərək Xəzərin içinə doğru inşaat işləri aparır. Daxil olan informasiyaya əsasən obyekt icfra başçısı Zakir Fərəcova məxsusdur. İcra başçısı bu obyektini karantin şərtləri zamanı icra edir. İddialara əsasən obyektin inşası ilə bağlı Sumqayıt İcra akimiyyəti məlumatlı olsa da heç bir tədbir görmür. Maraqlıdır ki müvafiq qurumlar karantin dövründə, həm də Xəzərin sahilində inşa edilən bu obyektlə bağlı "xəbərimiz yoxdur" açıqlaması verəcəkmi?

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.
Zakir Fərəcov karantin dövründə dənizin içində obyekt tikdirir?  -
Zakir Fərəcov karantin dövründə dənizin içində obyekt tikdirir?  -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...