Atçılıq Kompleksinin direktoru məcburi köçkünlərlərin 611 qoyununu mənimsədi - cinayət işi açıldı

Atçılıq Kompleksinin direktoru məcburi köçkünlərlərin 611 qoyununu mənimsədi -

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov 6 məcburi köçkün ailəsinin 611 baş xırdabuynuzlu heyvanını öz sürüsünə qataraq qaytarmaq istəmir.

Koordinat.az xəbər verir ki, bu barədə zərərçəkmişlər tərəfindən sosial şəbəkədə məlumat yayıb. Bildirilir ki, direktor Kəlbəcər rayonundan 4, Xocalı və Laçından isə 1 məcburi köçkün ailəsinin heyvanlarını mənimsəməyib. Maarif Hüseynovun mənimsədiyi 611 qoyunun 245-i Goranboy rayonunun Bölük kəndində yaşayan Mustafazadə Cabir İslam oğluna, yerdə qalan isə Vahid, Mürşüd, Natiq, Əlizadə adlı şəxslərə məxsusdur.

Şikayətçilər Cabir Mustafazadə deyir: “Maarif Hüseynovun adamları olan Səfər və Məhəbbət adlı qardaşlar pul qarşılığında vəd veriblər ki, heyvanlarınızı gətirin Ağcabədi rayonunun Təzəkənd ərazisində olan qışlaq yerimizdə saxlayın. Bundan sonra qardaşlar bizim hərəmizdən 2 min manat alaraq mart ayının 21-i tarixindən qoyunlarını həmin otlaq sahəsində otarmağa razılıq veriblər. Sonradan bizə məlum olub ki, həmin otlaq sahələri Qarabağ Atçılıq Kompleksinin müdiri Maarif Hüseynova məxsusudur. 15 may 2020-ci il tarixdə Səfər və Məhəbbət qardaşları Maarif Hüseynovun tapşırığı ilə gəlib bizə məlumat verib ki, qoyunları qırxdırmaq istəyirsizsə, Maarif müəllimə məxsus qırxım yeri var. Gətirin heyvanlar qırxılsın, əziyyət haqqı olaraq qoyunun yunu bizə qalsın, heyvanlarınızı isə götürün aparın.

Bundan sonra 600 baş heyvan aparılıb qırxılıb. Qırxılandan sonra heyvanlara birkalar vurulub ki, bunlar dövlətin balansında olan heyvanlardır. Fermerlərdən Vahid etirazını bildirsə də, Maarif Hüseynovun 20-dən çox çobanı ona təzyiq göstərərək deyib ki, heyvanlar birkalanıb nişanlanmalıdır.

Bundan sonra əlacsız qalaraq DİN-nin qaynar xəttinə şikayət etdikdən sonra Ağcabədi RPŞ-nə ərizə yazmışıq. Polis şöbəsində ərizələrimiz alınsa da bildirildi ki, məsələni rayon prokurorluğu araşdıracaq. Ancaq mayın 16-da Səfər və Məhəbbət adlı şəxslər polis şöbəsində izahat verən zaman etiraf etdilər ki, həqiqətən heyvanlar qırxım adı ilə gətirilib. Ancaq Maarif müəllim onlara qırxımdan sonra heyvanları birkalayıb sürüyə qatmaq barədə tapşırıq verib. Artıq Maarif Hüseynov heyvanları öz heyvanları kimi çobanlarının əlində saxlayır. Bundan sonra Maarif Hüseynovla görüşdük və o, dedi ki, Səfər ilə Məhəbbət dələduzdur. Məndə dövlətin 1000 baş qoyunu var, onların tam yerində olmasına məsul şəxsəm".

Qeyd edək ki, həmin birkalanan heyvanların təzə doğulmuş 45 südəmər balası var, onlar ana südü ilə qidalanır. Artıq onların bir neçəsi acından ölüb. Zərərçəkənlər sübut olaraq komissiya təşkil olunmasını istəyir: "Həmin quzular birkalanmış heyvanların arasına buraxılsın, bundan sonra məlum olacaq ki, həmin quzular birkalanan heyvanların balalarıdır”.

Adları sadalanan 6 fermer hüquqlarının bərpa olunması üçün artıq prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevə rəsmi olaraq müraciət ünvanlayıblar. Onlar Maarif Hüseynovun oğlu Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynova arxalanaraq belə qanunsuz addımlar atdığını bildirirlər. Dünən isə artıq Ağcabədi Rayon İcra başçısı fermerlərin problemini araşdırmaq məqsədi ilə Maarif Hüseynovu qəbuluna çağırıb. Fermerlər də qəbula düşmək istəyiblər, lakin icra başçısı onları qəbul etməyib.

Ağcabədi Rayon Polis Şöbəsindən "Yenisabah"a bildirilib ki, artıq faktla bağlı mənimsəmə maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş hadisə ilə bağlı Əliyev Məhəbbət Yusif oğlu təqsirləndirilən şəxs qismində saxlanılıb.

Polis şöbəsindən həmçinin onuda bildirdilər ki, cinayət işi rayon prokurorluğunda araşdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...