Əli Həsənovun adı YENİ QALMAQALDA... - "Ölüm" xəbərlərini O YAYDIRIR?!

Məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin fikirlərini öyrəndik.
"Jurnalistikanın inkişafına yardım" fondunun sədri, professor Qulu Məhərrəmli deyir ki, bu cür məlumatlar iki səbəbdən yayıla bilər:
"Birincisi, kimsə sosial şəbəkədə nə isə yazır, ikincisi isə qəsdən yazılır. Xüsusilə də xalq arasında nüfuzu və çəkisi olan tanınmış adamlar barədə bu cür yalan xəbərlər yayılır. Şübhəsiz ki, bu metod kimi də, qərəz kimi də qəbul oluna bilər. Bunu kimlərsə qəsdən və yaxud da bilməyərəkdən yayır? Keçmişdə və indi mediaya ciddi təsiri olan adamlar bunu edə bilərmi? Fakt olanda, bu suallara dəqiq cavab vermək mümkündür. Ehtimal kimi də bəli, etmək mümkündür. Misal üçün, Ramiz Mehdiyevin və Zeynəb Xanlarovanın ölümü barədə yalan məlumatların düşünülmüş şəkildə yayılması versiyasını qəbul etmək olar. Burada məqsəd ayrı-ayrı tanınmış şəxslərin dövlətdən və Prezidentdən narazı salınması, "bu adamlara dövlət qayğısı yoxdur" görüntüsü yaratmaq ola bilər. Bütövlükdə bu cür yalan məlumatlarla həmin şəxs diqqəti öz üzərindən də yayındırmaq niyyəti güdür. Bütün bunları isə yalnız mediaya keçmişdə və indi ciddi təsir imkanları olan şəxslər edə bilər".
Tanınmış hüquqşünas Aslan İsmayılov isə bir neçə il əvvəl özünün də oxşar stiuasiya ilə üzləşdiyini bildirir:
"Bir neçə il əvvəl Prezidentin sabiq köməkçisi Əli Həsənovun nəzarətində olan KİV-lərdə mənim haqqımda da oxşar ölüm xəbərləri yayılmışdı. Həmin vaxtı yazırdılar ki, guya mən Türkiyədə vəfat etmişəm və sairə. Şübhə etmirəm ki, bu gün Zeynəb xanımla bağlı yayılan yalan xəbərləri də həmin xislətli şəxslər ortaya atıblar".
Demokrat.az
333 dəfə oxundu