Taleh Qaraşov artıq istirahat etməyə hazırlaşır – Lənkəranda isə pandemiya göstəriciləri hər gün artır

Azərbaycanın bir sıra rayonlarında koronavirusun yaylma arealı sürətlə artmaqdadır. Daha çox virusun yayıldığı rayonlardan biri də Lənkərandır. Kürdəmir, Salyan da bu rayonların arasındadır. Gündeminfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın bir neçə həftədik əsas sərt qərarlar verdiyi bölgələr sırasında Salyan, Lənkəran və Kürdəmir də daxil olub.
Araşdırmalar göstərir ki, son aylarda aparılan islahatlar dalğası adları çəkilən bu üç rayonun heç birinə çatmayıb. Taleh Qaraşov sözün az qala həqiqi mənasında əmək fəaliyyətinə başladıcı gündən indiyə qədər icra başçısı vəzifəsində işləyib.
Taleh Azay oğlu Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonu , Pirəköçə kəndində anadan olub. 1996-2002-ci illərdə Kürdəmirin icra başçısı olub. 2002-2006-cı illərdə Cəlilabadın icra başçısı, 2006-2012-ci ildə Neçtçalanın icra başçısı, 2011-2012-ci illərdə Astaranın icra başçısı işləyib. 2012-ci ildən bu günə qədər, 8 ildir ki, Lənkəranın icra başçısıdır. Zamanlı Taleh Qaraşovun xarici ölkədə biznesi olan övladları haqqında yazılar yaızılıb. Bir sıra iddialar yer alıb. T.Qaraşovun haqqında Lənkəranda uşaq bacçasını s.kdürüb yerində restoran tikdirməsinə, özünə «Göl» restoranı inşa etdirməsinə qədər bir sıra iddialar yeri alb. Lakin bu günə qədər bu iddalar rəsmən təsdiq edilməyiö Bununla yanaşı Lənkəranda bu gün pandemiya ilə bağlı durum kifayət qədər ciddidir.
Rəsmi dairələr bu rayondakı vəziyyətlə bağlı olaraq qeyri-rəsmi iddia edirlər ki, Lənkəran cənubi bölgəsinin əsas şəhəridir və bu ərazinin İran İslam Respublikası ilə əlaqələri kifayət qədər böyükdür. Bu səbəbdən də Lənkəranda vəziyyət sabit deyil. Lakin bu arqumentlər hçe bir halda əsaslı qəbu edilmir. Sual oluna bilər ki, Bilsuvar, Cəlilabad, Masallı rayonları daha yaxın sərhədyanı rayonlardır, bu rayonlarda vəziyyət Lənkəran qədər acınacaqlı statistika ilə üz-üzə deyil?
Gundeminfo.az-ın əməkdaşlarının apardıqları vizual araşdırma zamanı ortaya maraqlı məqamlar çıxıb. Lənkəranla müqayisədə ətraf rayonlarda dezinfeksiya işlərinin hayata keçirilməsi, əhali arasında maarifləndirmə işlərinin total olaraq həyata keçirilməsinə dair press-relizlərə rast gəlinsə də, təəssüf ki, bu qəbildən olan məlumatları Lənkəranla bağlı olaraq müşahidə edə bilmədik. Rastımıza çıxmadı.
Nəhayət onu da qeyd edək ki, Taleh Qaraşov ədətən uzun müddətdir vəzifədə olan məmurlar ki, yaxın günlərdə yenidən başlayacaq kadr islahatları ilə bağlı məlumatlıdır. Böyük ehtimalla artıq Cənab Qaraşov istirahət etmək haqda düşünür.
Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinlməyə hazırıq.
811 dəfə oxundu