Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: - “Övladlarımızdan xəbər ala bilmirik”

Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: -

Ermənistan cəmiyyətində Tovuz istiqamətindəki döyüşlərlə bağlı ciddi narahatlıq hökm sürür.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir çox hərbi çağırışçıların anaları övladlarının telefon zənglərinə cavab vermədiyin, hərbi hissədən məlumat ala bilməmələrindən sarsıntı keçiriblər. Onlar "övladlarımızdan xəbər ala bilmirik"-deyə "Yerkir Media" televiziyasına müraciət ediblər.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hərbi Nəzarət şöbəsinin rəisi general-polkovnik Movses Akopyan açıqlama verib.

“Ancaq onu deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və əsgər valideynlərinə sakitliyi qorumaq məsləhət görülür. Döyüşlərə müddətli həqiqi hərbi xidmət qulluqçuları cəlb olunmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...